reklam
» » Sensasiya: ABŞ geniş əməliyyata başlayır - 22 ölkə ilə birlikdə

reklam

Sensasiya: ABŞ geniş əməliyyata başlayır - 22 ölkə ilə birlikdə


“ABŞ Qərb yarımkürəsində narkotik əleyhinə böyük bir əməliyyat başladıb. Narkotik kartelləri ilə yanaşı, hədəfdə Venesuela Prezidenti Nikolas Maduro olacaq”.

Teleqraf.com xəbər verir ki, bunu rusiyalı politoloq Dmitri Juravlyov deyib.

Ekspert koronavirus pandemiyasının belə, Vaşinqtonun Karakasa qarşı siyasi planlarını zəiflətməyəcəyini düşünür:

“Əlbəttə, ABŞ vəziyyətdən faydalanacaq. Çünki Venesuela ABŞ üçün problemdir. Maduronu meydandan uzaqlaşdırsa, bu, seçkilərdən əvvəl Tramp üçün böyük qazanc olacaq. Amerikalılar xarici siyasət oyunu oynamağı sevirlər. Bundan əlavə, neft hazırda baş ağrısına çevrilib. Bu mənada ABŞ-da şizofreniya əlamətləri hiss olunur: istehlakçılar kimi aşağı, istehsalçılar kimi yüksək qiymətlər istəyir. Buna görə də Venesuela neftinə nəzarət onlar üçün çox vacibdir .

Nəhayət, koronavirus beynəlxalq əlaqələri, təmasları, nəqliyyatları vurdu. Beləliklə, narkotik kartelləri fəaliyyətini kəskin şəkildə aktivləşdirib. Bu mənada, narkotik maddələrin su altından satılacağını düşünən amerikalıların hədəfi təkcə Venesuela yox, bütün Latın Amerikasıdır”.

ABŞ Prezidenti Donald Tramp Venesuela hökumətini təhdid edib. O, bildirib ki, ABŞ narkotik kartellərinə Amerikalıların həyatını təhdid etmək üçün pandemiyadan istifadə etmək fürsəti verməməlidir.

Trampın sözlərinə görə, hazırlanan tədbirlər planı çərçivəsində bölgəyə əlavə gəmilər, təyyarələr və vertolyotlar yerləşdiriləcək:

O, bu məqsədlə 22 ölkənin Cənub Komandanlığı ilə birlikdə böyük əməliyyatlara başlayacağının anonsunu verib.

“Röyter” də ABŞ Hərbi Dəniz Qüvvələrinin gəmilərinin Maduro və müttəfiqlərinə təzyiq göstərmək üçün Venesuela yaxınlığına göndərəcəyini iddia edib. Pentaqon rəhbəri Mark Esper isə narkotiklə mübarizə əməliyyatının məqsədinin, narkotik kartellərinə əlavə olaraq, Nikolas Maduro hökumətinin olacağını söyləyib.

Esperin brifinqdə söylədiyi kimi, Maduro hökumətinin dediyi “korrupsionerlər”, guya “repressiya güclərini qorumaq üçün narkotik satışından əldə edilən qazanclara güvənirlər”.

Baş prokuror Uilyam Barr ABŞ-ın Maduronu Venesuelanın prezidenti hesab etmədiyini xatırladıb və onu Panamanın keçmiş lideri Manuel Noreqo ilə müqayisə edib. Noreqo ABŞ-ın 1989-cu ildə keçirdiyi oxşar narkotik əməliyyatları nəticəsində devrilib.



Paylaş:


Müəllif : Tarix:
2-04-2020, 13:03
  


loading...
Загрузка...