reklam
» » GƏRGİNLİK: Azərbaycan Ordusu düşmən təxribatının qarşısını aldı - bir düşmən hərbçi məhv edildi

reklam

GƏRGİNLİK: Azərbaycan Ordusu düşmən təxribatının qarşısını aldı - bir düşmən hərbçi məhv edildi


Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhə xəttinin Goranboy istiqamətində atəşkəs rejimini kobud surətdə pozmaqla təxribat törətməyə cəhd göstərib.

Müdafiə Nazirliyindən "Report"a verilən məlumata görə, bölmələrimizin sayıqlığı nəticəsində düşmənin bir hərbi qulluqçusu məhv edilib. Bir sutkaya yaxındır ki, düşmən hərbiçisinin cəsədi qoşunların səngərləri arasındakı ərazidə qalır.

Hazırda bu istiqamətdə atışma davam edir, vəziyyət bölmələrimizin nəzarəti altındadır.
Müdafiə Nazirliyi bildirir ki, cəbhə xəttində vəziyyətin gərginləşdirilməsinə görə bütün məsuliyyət Ermənistan tərəfinin üzərinə düşür.


Paylaş:


Müəllif : Tarix:
24-03-2020, 14:01
  


loading...
Загрузка...