reklam
Regionxeberleri.com » Sosial » Neftçalada narazılıq yaradan KİMDİR? - İDDİA

reklam

Neftçalada narazılıq yaradan KİMDİR? - İDDİA


Cəmi 3 ay əvvəl Prezident İlham Əliyev cənabları su problemləri ilə bağlı XÜSUSİ MÜŞAVİRƏ keçirərək demişdir ki, su itkilərimiz dözülməzdir:
“ Su məsələlərinin həlli ilə bağlı xüsusi müşavirə keçirmişdim, Tədbirlər Planı qəbul edilib və artıq icra olunur. Amma itkilər 40-50 faiz səviyyəsindədir Baxmayaraq ki, son vaxtlar bu sahəyə böyük vəsait qoyulub, müasir infrastruktur yaradılıb, lakin yenə də itkilər var”.
Prezidentin dediyi kimi su itkiləri dözülməzdir. Amma təəssüf ki, cənab Prezidentin bu xəbərdarlığı Elçin Əsədov kimi məmurlara zərrə qədər təsir etmir.
Söhbət “Meliorasiya və Su Təsərrüfatı” ASC-nin Neftçala Suvarma Sistemləri İdarəsinin rəisi Elçin Ataş oğlu Əsədovdan gedir.
Axı, heç kimə sirr deyil ki, 40-50 faiz su havaya buxarlana, qəfil yox ola bilməz. Əgər, bu 40-50 faiz su yoxa çıxıbsa, Elçin kimi məmurlar necə milyonçuya çevrilə bilərdi ?
Prezident onu da qeyd edir ki, dövlət bu sahəyə kifayət qədər vəsait qoyub.
Bəs bu vəsaiti hara dağıtmısınız, cənab Elçin Əsədov ?
Bizim Elçin Əsədovla bağlı yazılarımızdan sonra Neftçala sakinləri bizə yazır ki, Xol zonasında 1 həftədir su yoxdur. Sakinlər yazır ki, hətta Elçin Əsədov suvarma kanallarında olan və suyun səviyyəsini tənzimləyən qapıları satıb.
Cənab Əsədov, satdığın avadanlıqlar dədənin-babanın mülki deyil e, Prezidentin dediyi kimi dövlət vəsaiti ilə alınıb.
Elə bilirsən, idarənin balansında olan texnika, avadanlıq və mexanizmləri köhnəlmiş adı ilə balansdan çıxardaraq satıb yüz minlər qazanmağından xalqın xəbəri yoxdur ?
Elə bilirsən, idarənin keçirdiyi tenderləri “sataraq” tenderlərdən külli miqdarda “otkat” almağından cəmiyyətin xəbəri yoxdur ?
Dövlətin ayırdığı külli miqdarda vəsaiti təyinatı üzrə deyil, özünə xərcləməyindən müvafiq orqanların xəbəri yoxdur ?
Bütün bunların hamısını bir gün istintaqda üzünə oxuyacaqlar.
Elçin Əsədov, Neftçalaya gəlib-gedən icra başçılarının “rüşvət dəftərində” həmişə 1-ci yerdə sənin adın qeyd olunub.
Nə tez unutdun, həbsdə olan icra başçısı İsmayıl Vəliyevlə bağlı sorğu-sualı ?
Hər yerdə deyirsən ki, “ bir meşok” vermişəm ee…
Elçin Əsədov, kimə vermisən, nə vermisən ?
Bir gün bu “bir meşok” söhbətini səndən soruşacaqlar.
Hər yerdə deyirsən ki, Gundelik-Bakı məndən yazır, lap BMT yazsa da vecimə deyil… Əgər vecinə deyilsə Nəşriyyatda olan jurnalist dostlarını nə üçün bizə minnətə göndərirsən? Biz etika naminə onların adlarını çəkmirik. Amma Hüquq Mühafizə Orqanları "ara jurnalistlərilə" məşğul olsalar daha məqsədə uyğun olar.
Əsədov, deyəsən içəridəki “gözüçıxmış qardaşlarının aqibəti” sənə dərs olmayıb..
Dövlətin vəsaiti hesabına əldə olunan su ehtiyatlarını fermerlərə, sahibkarlara satıb qazandıqların sənə azlıq edir ?
İdarəyə məxsus köhnə avadanlıqları, nasosları “kraska”layaraq təzə adı ilə sənədləşdirir və milyonları mənimsəyirsən.
Fermerlərlə bağladığın rəsmi müqavilələri bir kənara tullayıb, dövlət rüsumundan 5 dəfə artıq pul tələb edirsən. Fermerlər deyir ki, Elçin Əsədovun özünün rüsum cədvəli var.
Rayon sakinləri səninlə bağlı dərc etdiyimiz məqalələri səbrsizliklə izləyir və altına yazır ki, Elçin Əsədov idarəyə ayrılan tonlarla yanacağı, sürtkü yağlarını kənar adamlara sataraq milyonlar qazanır.
Bunu biz yazmırıq ee, Neftçala sakinləri yazır.
Bunu da zülm etdiyin fermerlər sosial şəbəkədə yazır ki, Elçin Əsədov Neftçala Suvarma Sistemləri İdarəsində transformatorların, elektrik mühərriklərinin, nasos aqreqatlarının əsaslı təmiri adı altında yüksək məbləğlər hesabdan çıxarıb mənimsəyir.
Elçin Əsədov ! Orda-burda sənin barəndə yazmağımızdan gileylənirsən. Biz sənin barəndə Neftçala sakinlərinin dediklərini dərc edirik, yəni cəmiyyətin səsini müvafiq orqanlara çatdırırıq.
Neftçala rayonunda fəaliyyət göstərən nohurların, balıq yetişdirilən göllərinin suyunu istədyin vaxt dayandırıb, pulları yığırsan. Bu balıq göllərinin sahiblərinin sənə verdiyi pulları hesablayan olsa, Neftçala rayonunun cəmi büdcəsindən dəfələrlə çox olar.
Elçin Əsədov, Neftçala rayon sakinlərinin bizə yazdığına görə, Xolqaraqaşlı və Xolqarabucaq zonasında su kanallarını çoxdan lil basıb.
Bəs, su kanallarının təmizlənməsinə dövlətin ayırdığı yüz minlər hara gedib, cənab Əsədov ?
Əlbəttə, həmin pullara Bakıda təzə mənzillər alırsan, Neftçalada villa tikdirirsən, ayda bir xarici avtomobilini dəyişirsən.
Elçin Əsədov, Neftçala sakinlərinin bizə yazdığı Əlifağa kimdir ?
Sakinlərin yazdığına görə, Xolqarabucaq və Xolqaraqaşlı ərazisində sənin “aylıq” pullarını bu şəxs yığır.
Bu barədə növbəti yazıda. //gundelik-baku.com//


Paylaş:


Müəllif : Tarix:
21-10-2021, 08:27
Sikayət   


loading...
Загрузка...