reklam
Regionxeberleri.com » Sosial » "Mənim nə otelim, nə restoranım var... - Rüşvət almıram"

reklam

"Mənim nə otelim, nə restoranım var... - Rüşvət almıram"



“1989-cu ildə məktəbi bitirdim. SSRİ dağılan vaxtı idi, mitinqlər olurdu. Universitetə girmişdik, amma dərslər başlamırdı. 5-6 ay işsiz qaldıq. Avara-avara gəzməmək üçün gedib mətbəədə fəhlə işləməyə başladım. 114 rubl maaş alırdım. Əmək kitabçamda da fəhlə işlədiyim yazılıb. O vaxt ayıb sayılırdı atadan şalvar pulu istəmək. Mətbəədə işlədiyim vaxtlar düşünürdüm ki, görəsən, nə zamansa mənim kitabım çıxa bilər?”

Bu sözləri Əməkdar artist Bəhram Bağırov “Azərbaycan Silahlı Qüvvələri” kitabının imza günündə deyib. O, bildirib ki, atası polkovnik olsa da, hər zaman zəhməti ilə qazanc əldə edib:

“ Atam polkovnik idi. Bir dəfə atam dalımca mətbəə gəldi. Digər fəhlələr gəlib məndən soruşdular ki, oğurluq etmisən? Polkovnik səni axtarır. Atam gəlib soruşdu ki, yemək yemisən? Dedim hə. Dedi, o zaman işlə. Utanırdım deyəm ki, atam polkovnikdir. Biz çox çalışqan olmuşuq. Xasiyyətimiz oğluma keçib. Həkim olacaq, amma xırda bizneslə məşğuldur”.

Əməkdar artist qeyd edib ki, bundan sonra da yeni kitabları işıq üzü görəcək:

“1995-ci ildə ilk balaca kitabım çıxdı, içində karikaturalar vardı. Camaat yatanda fikirləşir ki, necə edim villa alım. Mən düşünürəm ki, uşaqlar üçün hansı kitabı çıxardım ki, mən öləndə yadigar qalsın. Mən 30 il əvvəl də işləyirdim, indi də işləyirəm. Çünki dəli insanam. Mənim yaşıdlarım indi bina tikir. Mənim nə otelim, nə restoranım var. Rüşvət almıram, kitab buraxıram. Ancaq dəli insan kitab buraxa bilər indiki dövrdə”.
Əməkdar artist koronavirusa yoluxmasından danışıb:

“Həmişə dua edəndə demişəm ki, Allah sizi sevsin. Mən o biri dünyadan bir ildir ki, qayıtmışam. Koronavirusdan danışanda panik ataklarım başlayır. Mənim üçün çox çətin oldu. Daim hərəkətdə olan, səhnədə ora-bura qaçan 50 yaşlarında sağlam bir kişi üçün çox ağır idi. Sağ tərəfim işləmirdi, sağ əlimi qaldıra bilmirdim. Hər yerimdən şlanq salmışdılar. Gözümü açanda gördüm ki, bir kişi, 8 qadın mənə baxır. Elə bildim qəzaya düşmüşəm, çünki beynim işləmirdi. Komadan ayılanda soruşdular ki, adın nədir. O zaman bildim ki, beynim işləyir. Amma adımı deyə bilmədim. Elə bildilər, zarafat edirəm”.


Paylaş:


Müəllif : Tarix:
18-10-2021, 15:57
Sikayət   


loading...
Загрузка...