reklam
Regionxeberleri.com » Sosial » “Azəristiliktəchizat” mənfəət-zərərini - GİZLƏTDİ

reklam

“Azəristiliktəchizat” mənfəət-zərərini - GİZLƏTDİ



Azərbaycanın istilik təchizatı sahəsində vahid texniki iqtisadi siyasətini həyata keçirən əsas orqan “Azəristiliktəchizat” ASC öncəki ildə xalis mənfəət etmiş kimi görünür.

Regionxeberleri.com biznes və maliyyə xəbərləri portalı Banker.az-a istinadən xəbər verir ki, Azəristiliktəchizat 2020-ci il üzrə balans hesabat təqdim etsə də, (şənbə günü, dövlət qəzetinə) mənfəət və zərər hesabat olan hissəsini təqdim etməyib.

Lakin 2020-ci ilin 1 yanvarında 89.58 milyon manatlıq balansdakı zərər 88.55 milyon manata düşüb. Bu da, istilik təchizatçısının ötən ili 1.03 milyondan çox xalis mənfəət əldə etməsi ehtimalıdır.

Yeri gəlmişkən, ölkəni isidən Azəristiliktəchizat sonuncu dəfə maliyyə (audit) hesabatını öz saytında 2017-ci ildə təqdim etmişdi. Həmin hesabata görə, 136.11 milyon manatlıq yığılmış zərəri vardı.

Dövlət qurumunun aktivlərinin həcmi 187.62 milyon manat, öhdəliklərini həcmi isə 47.70 milyon manat təşkil edib.

Azəristiliktəchizat 2005-ci ildə yaradılıb və 136 684 980 manat nizamnamə kapitalına sahibdir. ASC-nin Bakı ilə yanaşı 51 regional idarəsi vardır.


Paylaş:


Müəllif : Tarix:
18-10-2021, 11:07
Sikayət   


loading...
Загрузка...