reklam
» » Yeni dərs ilində KÖHNƏ SÖHBƏT: - "Valideynlər elə bilirlər ki, övladları rus dilində oxusalar..."

reklam

Yeni dərs ilində KÖHNƏ SÖHBƏT: - "Valideynlər elə bilirlər ki, övladları rus dilində oxusalar..."



“Öz dilimizə lağ etdiyimiz və lazım olan məlumatları ana dilimizdə tapmadığımız müddətdə bu problem davam edəcək”.

Bu sözləri yeni tədris ilinin başlaması fonunda əksər valideynlərin övladlarınının rus bölməsində təhsil almalarına üstünlük verməsinin cəmiyyətdə yaratdığı müzakirələrə toxunan təhsil eksperti Adil Vəliyev Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, övladın əlavə dil biliklərinin olması müsbət hal olsa da, doğma dilimizi qoruyub saxlamağımız üçün bir sıra problemlər mövcuddur və ilk növbədə sözügedən problemlər həll edilməlidir:

“Çox təəssüf ki, bəzi valideyinlər rus dilində təhsil almanı yanlış anlayırlar. Sanki övladları rus dilində təhsil alanda daha tərbiyəli, savadlı olurlar və dünyagörüşləri çox fərqli olur. Əslində isə belə deyil. Qəbul etmək lazımdır ki, hər şey evdəki münasibətdən, ailənin verdiyi tərbiyədən asılıdır. Təhsil sistemimizdə rus və ingilis bölməsinə ehtiyac var və bu, özəl məktəblərin bir çoxunda tətbiq olunur. Lakin bütün hallarda ana dilimiz əsas tutulmalı və digər dillər sadəcə dil biliklərini artırmaq üçün lazım olmalıdır.

Əsas problem odur ki, istənilən mövzuda məlumatı ya rus, ya da ingilis dilində daha rahat şəkildə əldə edə bilirik. Bu problem müəllimlərimizdə də müəyyən qədər özünü büruzə verir. Ona görə də valideynlərin əksəriyyəti övladlarının rus bölməsində təhsil almasını istəyirlər. Qardaş ölkə Türkiyəyə nəzər salsaq, görərik ki, onlar dil zənginliyini daim qoruyub saxlayırlar. Başqa ölkədə təhsil alan türklər də ehtiyac olmadığı müddətdə xarici dildə danışmırlar”.


Paylaş:


Müəllif : Tarix:
24-09-2021, 14:50
  


loading...
Загрузка...