reklam
» » Dünya 2 ildir virusu çözə bilmir: Süni yaradılıb, yoxsa? - Azərbaycan ekspertləri də fərqli düşünür

reklam

Dünya 2 ildir virusu çözə bilmir: Süni yaradılıb, yoxsa? - Azərbaycan ekspertləri də fərqli düşünür



Çinin Uhan şəhərindən olan virusoloqlar insanlarda yaratdıqları potensial təhlükəli xəstəliklərə qarşı yarasaların peyvənd edilməsi üçün onları koronavirusla yoluxdurmağı planlaşdırıblar.

Qrant üçün yayımlanan müraciətlərdən bəlli olub ki, bu təklif hələ 2018-ci ildə nəzərdən keçirilib. Sənədlərə görə, alimlər COVID-19-un ilk dəfə insanda aşkarlanmasından cəmi 18 ay əvvəl yarasalarda koronavirusun “yeni ximer sünbül zülallarını” sınamağı planlaşdırıblar.

Virusoloqlar insanlara daha asan yoluxa biləcək ximer virusları yaratmağa görə təcrübələr aparmaq üçün ABŞ Müdafiə Nazirliyinin Qabaqcıl Araşdırma Layihələri Agentliyindən (DARPA) 14 milyon dollar istəyiblər.

DARPA Uhan alimlərinin işinə sponsorluqdan imtina edib.

Bu tip xəbərlər virusun süni yaradıldığı ehtimalını daha da möhkəmləndirir. Təsadüfi deyil ki, koronavirus dünyaya yayıldıqdan bəri paralel olaraq onun süni yaradılması ilə bağlı fikirlər də əksini tapıb. Hətta bununla bağlı Amerikanın Çinə çox saylı müdaxilələrini də xatırlatmaq yerinə düşər. Lakin Çin bu iddiaları hər dəfə öz üzərindən ataraq problemdən yayınmağa çalışıb. İddialara baxmayaraq, virusun necə yayılması haqqındakı fikirlər hələ də sirr olaraq qalmaqdadır. Lakin bəzi alimlər virusun süni yaradılması ehtimalı üzərində daha çox araşdırma aparılması tərəfdarı kimi çıxış edirlər.

Məsələ ilə bağlı Cebhe.info-ya açıqlamasında tibb sahəsi üzrə ekspert, terapevt Rasif Bağırov bildirib ki, virusun süni yolla yox, nəzarətdən çıxaraq yayılma ehtimalı daha çoxdur:

"Virus süni yaradılmır. Bu virusun kəşfi 1924-cü ilə gedib çıxır. Yəni o vaxtdan bu virus məlumdur. Sadəcə, müəyyən keyfiyyətə malik virusları böyük ölkələr- Amerika, Rusiya, Çin, Avropanın hərbi sənayesi bioloji silah kimi laboratoriyalarda saxlayırlar. Problem bundan ibarətdir ki, həmin o laboratoriyalarda saxlanma qaydası Çinin, Rusiyanın, Avropanın texnologiyası ilə eyni səviyyədə deyil. Onlar ola bilsin, hansısa yarasaya yoluxdurub nəyisə yoxlamaq istəyiblər, amma bu yoxlama nəzarətdən çıxıb. Mən güman etmirəm ki, onlar bunu bilərəkdən yayıblar. Nəzarətə ala bilmədiklərinə görə də yayılma prosesi gedib. Bu, texnologiyanın zəifliyidir”.

Ekspert düşünür ki, virusun yenidən yaradılıb dünyanı bu hala salması fikri inandırıcı deyil:
“Dünyada nə qədər diktator rejimli ölkələr olsa da, yenə də onların dünyanın məhvinə düşməsi fikrinə inanmıram".

Ekspert, farmakoloq Aydın Əliyev isə deyib ki, virusun süni yaradılma ehtimalı çoxdur:

"Hələ 30-cu illərdə Stalinin Tver şəhəri yaxınlığında laboratoriyası olub və orada bioloji silah hazırlamaq haqqında gizlin qərar verilib. Bütün bunlar gizli söhbətlər deyil. Bu xəstəliklər laboratoriya yolu ilə yaradıla bilər. Amma bir şey də var ki, dünyada bu qədər keyfiyyətsiz qidalar, dərmanlar, geyimlər, mühitin özü də cürbəcür xəstəliklərin yaranmasına səbəb ola bilir. Bütün dünya ekologiyadan narazıdır, karbon qazı çoxalır, oksigen azalır, hava ildən ilə istiləşir. Bunlar yeni mühitdir. Yeni mühitdə insan orqanizmi üçün faydalı olmayan canlılar formalaşacaq”.

Ekspert bildirib ki, immun sistemimizi qorumalıyıq:
“Bu gün dünyanın güc mərkəzləri xəstəliklərdən istifadə edirlər. Həm xəstəlikləri yaymaqla başqa ölkələrə təsir edir, onun ekoloji durumunu, qida sənayesini məhv olunur, həm də onları peyvənddən, dərmandan asılı vəziyyətə salırlar. Hamısı gedən oyunlardır. Bu oyunları yaradanların hamısı xəstə təxəyyüllü insanlardır. Dünyanı bu vəziyyətə salanlar pulun quludurlar. İnsan da pulun qulu olduqda orada hər şey məhvə gedər. Çıxış yolu insan və təbiətin təmasını artırmaqdır".


Paylaş:


Müəllif : Tarix:
23-09-2021, 14:33
  


loading...
Загрузка...