reklam
» » Ana anadangəlmə ürək qüsurlu oğlunun Mərkəzi Gömrük Hospitalında əməliyyat edilməsi üçün prezidentdən kömək istəyir

reklam

Ana anadangəlmə ürək qüsurlu oğlunun Mərkəzi Gömrük Hospitalında əməliyyat edilməsi üçün prezidentdən kömək istəyir


Şamaxı rayonu ,Dağ Bağırlı kənd sakini Abdurreyimova Pərvizə Qədir qızı anadangəlmə ürək qüsurlu oğlunun sağalması üçün Mərkəzi Gömrük Hospitalında millət vəkili,ürək-damar cərrahı Rəşad Mahmudov tərəfindən əməliyyat olunmasını istəyir:

“Oğlum-Cabar Abdurreyimov Faiq oğlu (2000-ci il təvəllüdlü) anadangəlmə ağır ürək qüsurundan əziyyət çəkir, I qrup əlilldir .

Oğlum yataq xəstəsidir,yeriyə bilmir, adicə stəkanı belə müstəqil götürməyə gücü yoxdur.

Cabarın ürəyində 5 dənə deşik var,ürəyə gedən damarları genişlənib,əlləri -ayaqları əsir.

Vəziyyəti günü-gündən pisləşir.

Tez-tez boğulması olduğundan gecə də gündüz də demək olar ki, yata bilmir.

Bizə bildirdilər ki, onun əməliyyatı mümkündür.

Lakin bunun üçün maddi imkanımız yoxdur, kasıb ailəyik.

Bir ana kimi prezident İlham Əliyevdən, Birinci vitse-prezident Mehriban Əliyevadan , imkanlı və xeyirxah şəxslərdən oğlumu yaşatmaq üçün əməliyyat olunmasına köməklik göstərilməsini xahiş edirəm”.




Əlaqə telefonu (+994) 50 791 15 23

Kart hesabı: 4169 7413 7267 4786










Paylaş:


Müəllif : Tarix:
22-09-2021, 11:38
  


loading...
Загрузка...