reklam
» » "Baku Electronics"dən narazılıq bitmək bilmir - GİLEY

reklam

"Baku Electronics"dən narazılıq bitmək bilmir - GİLEY


"Baku Electronics" mağazalar şəbəkəsindən növbəti şikayətləri işıqlandırırıq.

Sonxeber.az-ın məlumatına görə, Vəli Məmmədov adlı şikayətçi adı çəkilən mağazanın "İnşaatçılar" filialından soyuducu sifariş edib, lakin ona verdikləri sözü yerinə yetirməyiblər:

"Sifariş zamanı deyilmişdi ki, onu tamamilə açıb, yerləşdirmək lazımdır. Çünki evdə xəstə adam qalır, özü bacarmaz. Mağazadan dedilər ki, heç bir problem yoxdur, ustalar özləri edəcəklər. Məhsulu 2 gün gecikmə ilə gətirdilər, fəhlə isə cəmi 2 nəfər göndərmişdilər. 2 nəfər 2 metrlik soyuducunu əziyyətlə 4-cü mərtəbəyə qaldırdıqdan sonra koridorda qoyub, getdilər. Müştəri koridordan mətbəxə çəkməyi xahiş edəndə isə, ona kobud cavab veriblər. Başa düşürəm ki, artıq pul xərcləməmək üçün 2 nəfərə 5 nəfərin işini gördürürsünüz, amma müştərinin günahı nədir ki, işçiləriniz ona kobud şəkildə cavab verir?"

Şikayətçi sonda qeyd edib ki, problemini başqa şirkətdən servis çağıraraq həll edib.

Digər şikayət isə "Baku Electronics"in servis xidmətindəndir.

Şikayətçi Ömür Mehdili söyləyib ki, "143" qaynar xəttinə zəng etməsinə baxmayaraq, problemi həll olunmayıb:

""Bosch" markalı soyuducum xarab olub. 143-ə zəng etdik, sifarişi qeydə alan xanım hər kim idisə, "2-3 günə sizinlə əlaqə saxlanılacaq" dedi. Bu gün əlaqə saxladım, birinci "Əhmədli" filialına yönləndirdilər. Mən dedim ki, yayın günündə soyuducunun xarab olması çox pis haldır, paltaryuyan, qaz sobası, aspiratordan vacib soyuducudur vət əxirə salınmadan təmir olunmalıdır. Gördüm, qarşı tərəf heç nə demir, "alo-alo" dedim, heç bir cavab gəlmədi. O qədər sırtılıblar ki, operator, yəqin, "danış özün üçün" deyə düşünərək telefonu bir kənara qoyub. İkinci dəfə zəng etdim, hərəsi bir yerə yönləndirdi. Axırda məlum oldu ki, "mərkəz"ə yönləndirilmişəm.

Bütün olanları danışdım, yoxlayıb dedilər ki, birinci günə servis göndərilə bilər. Bir sözlə, "soyuducunun içini yığ, zibil torbasına at, getsin".

"Baku Electronics"dən nə isə alanda adamın başına pərvanə kimi dolanırlar, zay məhsullarına operativ servis tələb edəndə isə veclərinə deyil".

"Baku Electronics" mağazalar şəbəkəsinin 143 qaynar xəttinə müraciət etsək də, suallarımızı cavablandıran olmadı. Şirkətin saytındakı SMS bölməsinə yazıb əlaqə nömrələrimizi qeyd etdiyimizə və bizə cavab yazacaqlarını bildirdiklərinə baxmayaraq, heç bir xəbər çıxmadı.

Şikayətlərlə bağlı qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.



Paylaş:


Müəllif : Tarix:
14-09-2021, 14:38
  


loading...
Загрузка...