reklam
» » Qarabağ veteranının döyüş yoldaşlarından müraciət: - “Qəhrəman adı verilsin”

reklam

Qarabağ veteranının döyüş yoldaşlarından müraciət: - “Qəhrəman adı verilsin”

Birinci Qarabağ müharibəsi iştirakçısı Ağaverdiyev Bəhrəm Nadir oğlu döyüşdə göstərdiyi xidmətlərin qiymətləndirilməməsindən şikayətçidir.

Bəhrəm Ağaverdiyevin döyüş yoldaşları Cebhe.info vasitəsilə ona qəhrəman adının verilməsi üçün aidiyyəti qurumlara müraciət ünvanlayıb. Müraciətdə Bəhrəm Ağaverdiyevin keçdiyi döyüş yolu, göstərdiyi xidmətlər haqqında məlumat verilib.


“Bəhrəm Ağaverdiyev I Qarabağ müharibəsində 2 tank, 1 zirehli personal daşıyıcı (BTR) vurub. Sabiq Baş Qərargah rəisi Nəcməddin Sadıkov Bəhrəm Ağaverdiyevə leytenant rütbəsi verib. Amma rütbə hərbi biletə qeyd olunmayıb. Döyüş zamanı ermənilərə əsir düşmüş üç polisi xilas edib, 3 erməni əsgərini isə əsir götürərək rəhbərliyə təhvil verib. O, I Qarabağ savaşında ermənilərin daşınan silah anbarını qaçıraraq Gəncə batalyonuna təhvil verib”, - deyə müraciətdə qeyd olunub.

Müraciətdə qeyd olunub ki, Bəhrəm Ağaverdiyev 190 saylı Sabunçu batalyonun komandir müavini olub.

Qeyd edək ki, sözügedən müraciəti Bəhrəm Ağaverdiyevin döyüş yoldaşları- Söhrab Nəsibov, Ağadadaş Hüseynov, Zakir Həsənov və Teyyub Ələkbərov imzalayıb.

Sonda o da bildirilib ki, 28 ildir aidiyyəti üzrə müraciətlər olunsa da, bu işə baxılmayıb. 




Paylaş:


Müəllif : Tarix:
14-09-2021, 08:21
  


loading...
Загрузка...