reklam
» » "Bu günün sifarişini 2 gün sonra çatdırırlar" - GİLEY

reklam

"Bu günün sifarişini 2 gün sonra çatdırırlar" - GİLEY



Son zamanlar su şirkətləri sifarişləri vəd verdikləri vaxtdan gec çatdırırlar. Bununla bağlı şikayətlər artmaqdadır.

Belə ki, Sonxeber.az-ın məlumatına görə, L.M adlı şikayətçi bildirir ki, "İPƏKSU" şirkətindən sifariş verdiyi su vaxtında gətirilmir:

"Şikayətim "İPƏKSU"dandır. Artıq neçənci dəfədir ki, sifarişdən 3-4 gün sonra suyu gətirirlər. Dunən zəng edib dedim ki, mən sizin su gətirəcəyinizi gözlədiyim üçün 2 gün evdən çıxmıram. Dedilər ki, sabah saat 12-yə qədər çatdırılacaq. Saat 14:37-də yenə zəng vurdum, Operator "Hara istəyirsiniz, gedin, saat 6-dan sonra gələ bilərlər" cavabını verib. İşləyə bilmirsinizsə, ya işçi sayını artırın, ya da ürəyiniz istəyən vaxt gətirəcəyinizi birbaşa deyin. Camaat 3 gün heç yerə getməsin ki, su gələcək?! Belə şey olar?! Bir daha zəng etdim, araşdırılacağını dedilər. 10 gün əvvəl də eyni şey baş verib. Nəyi araşdırırsınız?!"


Paylaş:


Müəllif : Tarix:
13-09-2021, 16:28
  


loading...
Загрузка...