reklam
» » Bu ölkədən gətirilən quşçuluq məhsulları YARARSIZ ÇIXDI

reklam

Bu ölkədən gətirilən quşçuluq məhsulları YARARSIZ ÇIXDI



Rusiyadan ölkəmizə bu ilin mart ayında “Bryanskiy Broyler” MMC quşçuluq məhsullarının istehsalı müəssisəsində istehsal olunan məhsulların (toyuq qiyməsi) idxalı zamanı məhsul partiyasından götürülmüş nümunələrin müayinəsi nəticəsində mikrobioloji (Salmonella <25g) göstəricilərinin yol verilən həddən çox olduğu aşkar olunub.

Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) verilən məlumata görə, bundan sonra həmin müəssisədə istehsal edilən məhsulların ölkəmizə idxalı ciddi nəzarətə götürülüb və sonrakı idxal proseslərində hər bir yük partiyasından nümunələr götürülərək laborator müayinələrə cəlb olunub.

İyunda “Bryanskiy Broyler” MMC-nin istehsalı olan dondurulmuş toyuq dərisi idxal olunarkən növbəti dəfə təhlükəsizlik parametrlərinə görə uyğunsuzluqlar (Salmonella <25g) aşkar edilib. Aşkarlanmış uyğunsuzluqlara dair Rusiya Federasiyasının Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidmətinə bildiriş göndərilib. Həmin müəssisənin yenidən əsaslı şəkildə araşdırılaraq sağlamlaşdırma tədbirlərinin həyata keçirilməsi, məhsulların yenidən müayinələrə cəlb olunması və nəticələri ilə bağlı Agentliyə məlumat verilməsi bildirilib.


Paylaş:


Müəllif : Tarix:
5-08-2021, 16:32
  


loading...
Загрузка...