reklam
» » Eldar Həsənovun vəziyyəti necədir? - “Ya həbsdən sağ çıxmayacaq, ya da…”

reklam

Eldar Həsənovun vəziyyəti necədir? - “Ya həbsdən sağ çıxmayacaq, ya da…”



Sabiq baş prokuror və səfir, DTX təcridxanasında olan Eldar Həsənov 2 avqustda DTX-nın Hərbi Hospitalına köçürülüb.

Bu barədə Eldar Həsənovun vəkili Cavad Cavadov bildirib. Vəkilin sözlərinə görə, buna səbəb 31 iyulda Dövlət Təhlükəsizliyi Xidmətinin təcridxanasında Eldar Həsənovun istintaq zamanı növbəti başgicələnməsi ilə yıxılması olub.

Cebhe.info sabiq baş prokurorun son vəziyyəti ilə maraqlanıb. Onun vəkili Cavad Cavadov deyib ki, əslində Eldar Həsənovun başgicəllənmələri və ayaqtutulmaları keçən ilin oktyabrından başlasa da, adekvat tədbirlər görülmədiyindən bunun səbəbləri aydınlaşdırıla bilmirdi. Onun sözlərinə görə, Eldar Həsənovda aşkarlanan xəstəliyin birdəfəlik müalicəsi mümkün olmadığından, onun hazırki vəziyyəti yenə də ağır olaraq qalır:
“Bu xəstəliyin təsirlərini azaltmaq üçün yalnız profilaktik tədbirlərə ehtiyac var. Nəzərə alsaq ki, bir ildir həbsdədir Eldar Həsənov üçün fizioterapiyadan tutumuş təmiz hava qəbul etməyə qədər hər şey çox vacibdir. Bu gün deyə bilmərəm ki, onun vəziyyəti yaxşıdır. Hər an nəsə baş verə bilər”.

Cavad Cavadovun qənaətincə, növbəti başgicəllənmənin ağır fəsadları ola bilər.

“Eldar Həsənovun hospitalda nə qədər qalacağına dair bir məlumat varmı?” sualına gəlincə, vəkil müddətlə bağlı hər hansı bir problemin olmadığını qeyd edib:

“Onu ümumiyyətlə, həbsdən azad etməlidirlər. Xəstəxanada müalicə olunub yenidən təcridxanaya qayıdarsa, yenə həmin şey baş verəcək. Ya Eldar bəy həbsdən sağ çıxmayacaq, ya da azadlığa buraxalıb kompleks müalicə aparılacaq”.

Sabiq baş prokurorun vəkili Eldar Həsənovun ev dustalığına burxalıması ilə bağlı müraciətə hələlik cavab verilmədiyini deyib.



Paylaş:


Müəllif : Tarix:
4-08-2021, 16:01
  


loading...
Загрузка...