reklam
» » “Təhsil kreditləri birbaşa tələbəyə verilməlidir” - ÇAĞIRIŞ

reklam

“Təhsil kreditləri birbaşa tələbəyə verilməlidir” - ÇAĞIRIŞ



Tələbə Təhsil Kreditinin (TTK) verilməsinə dair tələblər və tətbiq edilən güzəştlər açıqlanıb. Bu barədə Nazirlər Kabinetinin təsdiqlədiyi “Təhsil Tələbə Krediti Fondunun vəsaiti hesabına təhsil tələbə kreditlərinin verilməsi qaydası”nda əksini tapıb. Sosial və standart TTK üzrə müxtəlif güzəştlər tətbiq olunacaq.

Təhsil eksperti Elçin Əfəndi bu barədə “Sherg.az”a danışdı:

“İndiki dövrdə, pandemiyanın ailələrin sosial rifahına zərbə vurduğu bir vaxtda bu, vaxtında atılmış addımdır. Odur ki, təşəbbüsü yüksək qiymətləndirirəm. Mən istərdim ki, bu, bütün tələbəlik dövrünə, yəni dörd ilə şamil edilsin. Lakin təəssüf ki, şərtlərdə müəyyən semestrlərə aid olduğu qeyd edilib.

Eyni zamanda tələbə üçün ayrılmış kreditin universitetə təqdim edilməsi gələcəkdə bəzi ali təhsil müəssisələrinin illik təhsil haqqını artırmasına səbəb ola bilər.
Fikrimcə, kreditlər birbaşa tələbəyə verilməlidir. Kreditlərin sığortalanması isə müsbət haldır. Ümumilikdə dediyim kimi, təşəbbüsü yüksək qiymətləndirirəm”.


Paylaş:


Müəllif : Tarix:
28-07-2021, 15:48
  


loading...
Загрузка...