reklam
» » Məhkəmə-hüquq sisteminin növbəti özbaşınalığı - 2 ildən sonra qazinin ərizəsinə baxacaq

reklam

Məhkəmə-hüquq sisteminin növbəti özbaşınalığı - 2 ildən sonra qazinin ərizəsinə baxacaq



"Məhkəmə - hüquq sistemində özbaşınalıqlar bitmək bilmir. 2 il qabaq Nərimanov rayon məhkəməsinin hakimi Vüqar Quliyev Qarabağ qazisi Xaliq Abbaszadənin məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi olmadan saxta icra sənədi tərtib edib pensiyasını yeyən “Rəvan” sığorta şirkətinə qarşı iddia tələbini 06.05.2019 -cu il tarixli qətnamə ilə təmin edərək məbləğin qaytarılmasını qət edib". Bu barədə DİA.AZ-a göndərilən məqaldə deyilir.

Məqalə müəllifi daha sonra yazır: "Məhkəmənin işə müstəqil tələb irəli sürən 3-cü şəxs qismində cəlb etdiyi bu sətirlərin yazarının isə nə tələbinə baxılıb, nə vəsatətinə. Cavabdehin apellyasiya şikayətinin gec verilməsinə baxmayaraq, buraxılmış müddət üzrlü sayılıb, Qarabağ qazilərinin vaxtında verdikləri şikayət isə müddətin keçməsi bəhanəsilə mümkün sayılmayıb.

Bakı Apellyasiya Məhkəməsinin Elşad Şamayevin sədri olduğu Məmməd Məmmədov və Aida Hüseyn xanımdan ibarət üçlüyü cavabdehlə qeyri -prosessual ilişgi nəticəsində 29.08.2019-cu il tarixli qətnamə ilə aşağı instansiyanın aktını ləğv edərək , saxta , qüvvəsi olmayan məhkəmə “qətnamə”sinin (belə qüvvəsiz “qətnamələr” yalnız və yalnız tualetlərdə “qüvvəyə minə” bilər) qazinin nəinki pensiyasını, hətta mal-mülkünü də yeməyə əsas verdiyini qanuniləşdirib. “İcra haqqında” qanunun 68.1 maddəsinin tələbin borclunun xidməti vəzifələrini yerinə yetirərkən aldığı xəsarətlərə görə ödənilən məbləğlərə yönəldilə bilməzliyini doğrulaması da Vətəni müdafiə edərkən güllə yarası alan qazinin yox, dələduz “Rəvan” sığorta şirkətinin xeyrinə təfsir edilib . Hakim Elşad Yaquboviç Qarabağ qazisini kassasiya şikayəti verəcəyi təqdirdə mənzilinə həbs qoyulacağı ilə də şantaj edib və. .. qaziyə kassasiya şikayəti verməyə vəkil ayrılmasını 14 aydan sonra ( ?) təmin edib. 3-cü şəxs Qarabağ qazisinin isə vəkil ayrılması haqqında ərizəsinə ümumiyyətlə baxmayıb. Belə peşəkar qeyri-prosessuallığına görə Ali Məhkəməyə təyinat alan Elşad Şamayev “ali” kollegaları ilə qeyri-prosessual dil tapmağa çətinlik çəkməyib və 15.10.2020 tarixli Ali Məhkəmənin qərarı ilə Elşad Şamayevin sədri olduğu üçlüyün qətnaməsi qüvvədə saxlanılıb. Özü də ayrılan Ayşən Vəliyeva adlı vəkil “havayı” - dövlət büdcəsinin hesabına olduğundan iclasda iştirak etməkdən imtina edib və bu səbəbdən iddiaçı qazinin dinlənilməsinə qadağa qoyulub. Əcəb hüquqdur, qazini dövlət hesabına müdafiə etməkdən imtina edən vəkilin məcburi iştirakını təmin etmək yerinə, müdafiəçisiz olmaq bəhanəsilə qaziyə danışmağa , özünü müdafiə etməyə də yol verilmir! (?) İddiaçı Qarabağ qazisinin Konstitusiya Məhkəməsinə şikayəti də “işin faktiki hallarına toxunulması” qeyri-prosessual bəhanəsilə icraata götürülməyib. Vəkil ayrılmadığından ali instansiyada iclasda iştirakdan məhrum edilən 3-cü şəxs Qarabağ qazisinin Konstitusiya Məhkəməsinə verdiyi şikayət isə hələ də araşdırılır.

2 illik hər həftə, hər aylıq şikayətlər deyəsən, sonuc verib.Bu günlərdə 3-cü şəxs Qarabağ qazisinin telefonuna sms-lə bildiriş göndərən Bakı Apellyasiya Məhkəməsi qazini 05.08.2021-ci ildə ərizəyə baxış iclasına çağırıb. Hakim də kim olsa yaxşıdır ? Elşad Yaquboviç Şamayev! Axı bu hakim bir ildən Ali Məhkəmə kürsüsünü məngirləyib, aşağı instansiyada necə ərizəyə baxa bilər? Maraqlıdır, adi bir ərizəyə baxılmasına 5 hakim (Elşad Şamayev, Məmməd Məmmədov, Rəşad Həsənov, Xəyal Sarıyev, Şeyda Məhərrəmova ) təyin olunub. Elektron məhkəmə portalında yerləşdirilən məlumatda 3-cü şəxsin tərəf kimi göstərilməməsi bir daha məhkəmə özbaşınalığını doğrulayır. Onu da vurğulayaq ki, hakim Aida Hüseyn inzibati kollegiyaya keçdiyindən 6-cı hakim kimi ərizəyə baxılmasına təyin olunmayıb. (Elşad Şamayev də ali instansiyaya təyin olunub, bəs ona niyə “endirim güzəşti” edilərək apellyasiya instansiyasına “endirilib”?)

Yeri gəlmişkən, Xaliq Abbaszadənin pensiyasını dələduzlara yem edən ƏƏSMN-in tabeliyində DSMF-in Xüsusi Şərtlərlə Təyinat Mərkəzinə qarşı Bakı İnzibati Məhkəməsinin (hakim Nəriman Abıyev) “İcra haqqında” qanunun 68.1 maddəsinin qaziyə tətbiq edilə bilməzliyi haqqında “daxili inam” qərarından

apellyasiya şikayətinə 03.08.2021-ci ildə baxacaq sədri Səadət xanım Bektaşi olan heyətin tərkibində Elşad Şamayevin özbaşınalığına həmkarlıq etmiş Aida xanım Hüseyn də yer alıb. Bu isə “Məhkəmələr və hakimlər haqqında” qanuna ,İPM və MPM-ə qarşıdır. Özbaşınalığa baxın, Nəriman Abıyev yenidən qərardadı ləğv edilən iş üzrə hakim təyin edilib və 68.1 maddəsini tətbiq etməyə “inamı çatmayıb”, indi də 2 il qabaq 68.1 maddəsini tətbiq etməyə peşəkarlığı çatmayan Aida Hüseyn işə apellyasiya qaydasında baxacaq hakim təyin edilib! (?) Belə təyinatlarla məhkəmədən hüququn bərpasını gözləməyə dəyər?

...QARABAĞ QAZİLƏRİNƏ “HÖRMƏT”Ə BAXIN, 2 İLDƏN SONRA BAKI APELLYASİYA MƏHKƏMƏSİ ADİ BİR VƏKİL AYRILMASI HAQQINDA ƏRİZƏYƏ BAXILMASINA BİRİ ALİ MƏHKƏMƏDƏN OLMAQLA 5 HAKİM AYIRIB!"



Paylaş:


Müəllif : Tarix:
28-07-2021, 15:47
  


loading...
Загрузка...