reklam
» » "Məqsəd ziyalı işçiləri AMEA-dan çıxarıb yerinə belə lüzumsuz təyinatlar etməkdir" - İTTİHAM

reklam

"Məqsəd ziyalı işçiləri AMEA-dan çıxarıb yerinə belə lüzumsuz təyinatlar etməkdir" - İTTİHAM



"Azərbaycan Milli Elmlər Akademiyasında hökumətin rəsmən tanımadığı, maddi israfçılıq və işlərdə birokratiya yaradan ştatlar mövcuddur. Bu ştatlar da elmin inkişafına çalışmaq əvəzinə, gəlişindən bəri özünü daha çox gah administrativ prezident, gah da ailə biznesinin AMEA-dakı təmsilçisi kimi aparan sabiq PA rəhbəri Ramiz Mehdiyevin şəxsi istəyilə yaradılıb. Ramiz Mehdiyev öz qocalmış məmursayağı ağlı ilə demək olar ki, Prezident Administrasiyası strukturunu AMEA-ya köçürüb, elm məbədi demək olar ki, tənəzzüldədir".
Bu fikirləri "Demokratik.Az"-a adlarının açıqlanmasını istəməyən bir qrup AMEA əməkdaşları bildirib. Onların sözlərinə görə, təkcə AMEA-da qeyri-rəsmi yollarla yaradılan (AMEA) Rəyasət Heyəti aparatı biabırçılığın, fəsadlı özfəaliyyətin ən bariz nümunəsidir. Bu aparat əslində AMEA katibliyinin funksiyalarını təkrarlayır və hansı elmi məntiqə yaradılmasının bəraəti yoxdur.
Narazı şəxslərin sözlərinə görə, sözügedən tərkibin açılmasında Nazirlər Kabinetinin xəbəri və xüsusi razılığı da yoxdur. Hazırda aparat rəhbəri adı altında Ramiz Mehdiyevin adamı sayılan Seyfəl Həsənova ayda 1500 AZN qeyri qanuni maaş yazılması sadəcə rəzalətdir. İddia edilir ki, AMEA-da bu aparatın yaradılması məhz Seyfəl Həsənovun özü ilə bağlı olub.

Bu məsələdə diqqət çəkən digər ciddi məqam da var. Məlumata görə, cari ilin əvvəlindən fəaliyyətə başlayan aparat rəhbərinə filologiya elmləri doktoru, professor, M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının rektoru, Azərbaycan Milli Elmlər Akademiyasının Vitse-Prezidenti Nərgiz Paşayevanın otağı verilib. AMEA-da digər otaqlar ola-ola Ramiz Mehdiyevin Seyfəl Həsənova bu cür jest etməsi vəzifəsinin qarşısında "prezident" kəliməsi olan birinin özünə nə qədər arxayın olduğunu deyir. Hətta Nərgiz xanımın adına dövlət nömrəsinin hələ də həmin otaqda qalması, başqası tərəfindən istifadəsi, qapının üstündəki adlı lövhənin dəyişdirilməsi elmi kollektivdə ikrah doğurur.

Məlumat üçün onu da bildirə bilərik ki, Ramiz Mehdiyev Seyfəl Həsənovu aparat rəhbəri gətirərkən Azərbaycan Dillər Universitetindən kadr məsələlərinə görə qovulmasını da nəzərə almayıb. Eləcə də Seyfəl Həsənovun Slavyan Universitetinin sabiq xanım rektoru Nurlana Əliyevaya uğursuz prorektorluq etməsi də onun son təyinatına kölgə salmayıb. Hamı Nurlana Əliyevanın və yanındakıların korrupsiya və digər yarıtmaz əməllərə görə universitetdən uzaqlaşdırıldıqlarını bilirsə, bu cür insanları AMEA ya gətirən Ramiz Mehdiyevin bixəbər prezident olmasını söyləmək sadəlövhlük olardı. Sadəcə və sadəcə məqsəd ziyalı işçiləri AMEA-dan çıxarıb yerinə belə lüzumsuz təyinatlar etməkdir.

AMEA-dan o da bildirilib ki, Seyfəl Həsənov hökumətin "tanımadığı", təsdiqləmədiyi ştat üzrə AMEA-da rəhbər vəzifə daşısa da, onun ixtiyarına işlər idarəsinə aid xidməti maşın da ayrılıb. Ramiz Mehdiyevə qədər olan bütün mühüm qərarlar da katibliyin rəisi Eldar Əmirovla "süni aparat" rəhbəri Seyfəl Həsənov tərəfindən verilir.

Ramiz Mehdiyevlə Seyfəl Həsənovu birləşdirən, ünsiyyəti sıxlaşdıran ortaq nöqtələrdən biri isə rus dililə bağlıdır. Hər iki SSRİ müdavimi, kommunist ideologiyalı kadrların demokratik düşüncələri xeyli kasad və nöqsanlıdır. Rusdilli dosent Seyfəl Həsənov da, Ramiz Mehdiyev də "rusca" çox pərgardır. Amma mövzumuz təbii ki, bu deyil, ümumiyyətlə, bu ruspərəst bioqrafiyalı adamların idarəetmə qabiliyyətlərinin qeyri innovativ olmaqla AMEA-nı inkişafdan xeyli geriyə dartdığını deyirik.

Beləcə, Ramiz Mehdiyevin birbaşa və dolayısı ilə köməkçilərinin, müşavirlərinin sayının 10-dan çox olduğunu bilirdik. Bu boyda Azərbaycanı idarə edən ölkə prezidenti cənab İlham Əliyevin dəfələrlə az sayda köməkçisi olduğu halda, AMEA prezidentinin öz yanına sanki bir "ordu" cəmləşdirməsini deyirdik. Anlaşılan, cənab Mehdiyev AMEA-nı düzgün idarə edə bilmir, kürəkəni İlham Əliyevin qardaşı Fikrət Əliyevə (İşlər idarəsinin müdiri-red) öz tabeliyində iş verdiyi kimi, indi də əsası olmayan bir aparat və Rəyasət Heyəti aparatının struktur bölmələrini yaradaraq elmi işlərdən daha çox öz "istəklilərinə" vəzifələr bölüşdürməklə məşğuldur. Mehdiyevin hansı niyyətlə elm məbədinə rəhbərlik etdiyini, bu kürsüyə hansı tərzdə layiq olduğunu artıq hamı bilir.
AMEA yenə haqlı bir sualla çıxış edir: "Ay prezident Ramiz, AMEA Rəyasət Heyəti aparatını hansı əsasla yaratmısan?!"
Osman Nərimanoğlu //Demokratik.Az//


Paylaş:


Müəllif : Tarix:
23-07-2021, 12:12
  


loading...
Загрузка...