reklam
» » 17 yaşlı gəlin Gülnayənin qardaşına son mesajı: - “Bu ləkə ilə yaşaya bilmirəm”

reklam

17 yaşlı gəlin Gülnayənin qardaşına son mesajı: - “Bu ləkə ilə yaşaya bilmirəm”



Qaynı tərəfindən təcavüzə məruz qaldığı iddia olunan və itkin düşən Gülnayə Şükürovanın qardaşına yazdığı son mesaj ortaya çıxıb.

Yenisabah.az xəbər verir ki, mesajda Gülnayə qardaşı Daxil Şükürova başına gələn bütün hadisələri danışır. Onun sözlərinə görə, qaynı Nicat Mirzəyiv bir həftə əvvəl Gülnayə evdə tək olarkən ona təcavüz edib. Gülnayə nə qədər müqavimət göstərməyə çalışsa da, Nicat güc tətbiq etdiyi üçün hadisəyə əngəl ola bilməyib. Daha sonra o, bildirib ki, Nicatın səsini qeydə alaraq həyat yoldaşı İbrahimə göstərib, lakin İbrahim məsələdə səssiz qalmağı seçib. Hadisəni xəbərdar olan qayınana Solmaz Mirzəyeva və qızları isə Gülnayəyə susması üçün təzyiq göstəriblər.

Gülnayə son olaraq qardaşı Daxil Şükürovdan üzr istəyərək bu ləkə ilə kənddə yaşaya bilməyəcəyini və buna görə də uzaq bir yerə köçəcəyini bildirib. Həmçinin ailəsindən isə onu axtarmamasını tələb edib.





Paylaş:


Müəllif : Tarix:
24-06-2021, 11:32
  


loading...
Загрузка...