reklam
» » Aktyor xəstəxanadan narazılıq etdi - Dövlət qurumlarından REAKSİYA

reklam

Aktyor xəstəxanadan narazılıq etdi - Dövlət qurumlarından REAKSİYA



Aktyor Kamal Yaşar müvafiq rəsmi qurumların istiqamətləndirdiyi tibb müəssisələrindən narazılığını bildirib.

Sənət adamı xəstəxanaya göndərişlə getdiyini desə də, ondan pul tələb olunduğunu bildirib.

“Yasamal 19 saylıdan göndərişlə Sabunçu 3 saylıya gəlmişəm. İcbari kimi qeydə alsalar da, hər şey üçün cidd-cəhdlə pul ödənişi tələb olunur. Bütün analizlər ödənişlidir. Bu da azmış kimi labaratoriyalar bərbad vəziyyəydədir. Adi TSH və insulin analizləri o boyda dövlət xəstəxanasının labaratoriyasında yoxdur və ordan hamını özəl klinikalara istiqamətləndirirlər. Bu vəziyyətlərə nəzarət edin. Əks halda vətəndaş və dövlət qurumları arasında narazılıqların yaranmasına səbəb olursunuz!”, - deyə o qeyd edib.

Aktyor daha sonra növbəti dəfə paylaşım edərək Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) onunla əlaqə saxladığını bildirib:

“Ardınca xəstəxananın baş həkimi zəng etdi və hazırda onunla görüşəcəyəm və problemləri bir-bir ona da bildirəcəyəm. Məsələ mən deyiləm, məsələ hamımızdır, cəmiyyətdir. Əslində bunlar adi, çox normal və olmalı olan bir məsələdir, adi prosedurdur. İşindən, statusundan sui-istifadə edən hər kəsə bu və ya digər formalarda xəbərdarlıq edilməlidir”.

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən “Ölkə.az”a verilən açıqlamada bildirilib ki, belə hallar araşdırılır.

“Əlbəttə, belə bir məsələ olduqda araşdırılır ki, o pul nəyə görə alınıb. Məsələn, COVID-19 testi vermək xidmətlər zərfinə daxil deyil. Əgər nəsə düzgün formada getməyibsə, həmin tibbi xidmət xidmətlər zərfi çərçivəsində ola-ola pul tələb olunubsa, bununla bağlı müvafiq tədbirlər görülür. Bəzi tibbi xidmətlər dövlət proqramı ilə bağlı olduğu üçün xidmətlər zərfində yoxdur”.



Paylaş:


Müəllif : Tarix:
23-06-2021, 12:25
  


loading...
Загрузка...