reklam
» » Rəisini hakimiyyətə gətirən GÜC – İran hansı mərhələyə daxil olur?

reklam

Rəisini hakimiyyətə gətirən GÜC – İran hansı mərhələyə daxil olur?



İyunun 18-də İranda keçirilən prezident seçkiləri İbrahim Rəisinin böyük fərqlə qələbə qazanması ilə yadda qalıb. 62% seçicinin səsini qazanan mühafizəkar namizəd, İran İslam Respublikasının 8-ci prezidenti seçilib.

Ümumilikdə, səsvermə hüququna malik 59 milyon vətəndaşın olduğu İranda, seçkilərdə cəmi 29 milyon nəfər iştirak edib.

Mühafizəkar namizədin bu cür asan qələbə qazanmasında isə, bir sıra faktorlar mühüm rol oynayıb.

“İbrahim Rəisini hakimiyyətə gətirən əsas amil onun güclü siyasi əlaqələri oldu”, - desək, yəqin ki, yanılmarıq. Ali dini lider Ayətullah Əli Xameneyinin ən yaxın adamlarından olan Rəisi, eyni zamanda İnqilab Keşikçiləri Korpusunun da güclü dəstəyinə malik idi. Hətta Rəisini öz xələfi kimi böyük siyasətə hazırlamaq üçün Xameneyinin onu dəstəkləməsi ehtimalı da xarici mətbuatda tez-tez dilə gətirilir.

Seçkilərin Rəsinin qələbəsi ilə yekunlaşmasında əsas səbəblərdən biri kimi xalq arasında mühafizəkarlığın populyar olması amilini də gözardı etmək olmaz.

Çünki min illərdən bəri davam edən dövlətçilik ənənələrinə sahib olan İranda idarəetmə sistemində dəyişikliklər baş versə belə, hər zaman mühafizəkarlıq əsas idealogiya kimi öz yerini qorumağı bacarıb. Zaman-zaman meydana çıxan islahatçı meyillər belə, ilk uğursuzluqda xalqın yenidən öz bildiyi yolla davam etməsi ilə nəticələnib.

Reformistlərin iqtisadi uğursuzluğu isə xalqın ağır olan durumdan nicat yolu kimi mühafizəkarlığa yönəlməsində əsas rol oynayıb. İran siyasi sistemində reformist kimi təqdim olunan Həsən Ruhaninin hakimiyyəti dövründə iqtisadi islahatların uğursuz olması və ölkədə sosial vəziyyətin daha da ağırlaşması mühafizəkarları ön plana çıxardı. Nəticədə, konservativlərin əsas siması olan Rəisinin qələbəsinə şübhə yeri qalmadı.

Xalqa həm yerli, həm də xarici medianın birbaşa təsiri mühafizəkar namizədin qələbəsini daha da asanlaşdırıb.

Belə ki, seçkilərdən uzun müddət öncədən, Rəisi əksəriyyət tərəfindən prezident elan olunmuşdu. Bu amil xalq arasında seçkilərin nəticələrinin əvvəlcədən bəlli olmasına böyük inam yaratdı. Həmçinin reformistlərin əsas siyasi fiqurlarının mübarizəyə qatıla bilməməsi xalqı seçim alternativlərindən məhrum etməklə vətəndaşların seçkilərə olan marağının azalmasına gətirib çıxardı və nəticədə Rəisinin qələbəsinin təməli qoyulmuş oldu.

Qeyd etmək yerinə düşər ki, 2021-ci il seçkiləri İran tarixində ən aşağı seçici faəllığının müşahidə olunduğu seçimlər kimi də tarixə düşüb. Rəisinin özünün İranda populyar siyasi fiqur olması da prezident seçilməsində az rol oynamayıb.

Bu məşhurluq isə birbaşa Xameneyinin siyasi gedişi hesab oluna bilər. Xatırladaq ki, 2017-ci il seçkiləri zamanı əsas rəqibi Həsən Ruhani tərəfindən “Rəisi yalnız edam etməyi bacarır” açıqlaması verilmişdi.

Lakin Ruhani prezident seçildikdən sonra məhkəmə hakimiyyətində rəhbər vəzifəyə gətirilən Rəisi, 1988-ci ildəki amansızlığından imtina edərək, cəza sistemində islahatlara getdi.

Bu cür yumşalma tədbirlərinin nəticəsi olaraq isə, minlərlə məhbusun cəzalarında xeyli yüngülləşmələr baş verdi və eyni zamanda Rəisinin nüfuzu da böyük sürətlə artmağa başladı və növbəti seçkilərdə onun qələbəsini təmin etdi.

62 yaşında olmasına rəğmən böyük gələcək vəd edən İbrahim Rəisinin cənub qonşumuz üçün doğru seçim olub-olmamasını isə zaman göstərəcək.


Paylaş:


Müəllif : Tarix:
21-06-2021, 14:00
  


loading...
Загрузка...