reklam
» » “Azərxalça”-nın həbs olunan direktorundan XƏBƏR VAR

reklam

“Azərxalça”-nın həbs olunan direktorundan XƏBƏR VAR



Milyonlarla vəsaiti mənimsəməkdə ittiham olunaraq bu ilin əvvəlində həbs edilən “Azərxalça” ASC-nin İdarə heyətinin keçmiş sədri Vidadi Muradov barədə açılmış cinayət işi hələ yekunlaşmayıb.

Bizim.Media xəbər verir ki, ötən ay Binəqədi rayon Məhkəməsində keçirilən prosesdə onun barəsində seçilmiş həbs qətimkan tədbirinin müddətinin uzadılması qərar verilib.

Vidadi Muradov barəsində olan həbs qətimkan tədbirinin müddəti 3 ay uzadılıb.

Qeyd edək ki, Vidadi Muradov barəsində Baş Prokurorluğa daxil olmuş materiallar əsasında aparılmış araşdırma nəticəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb.

Bu ilin mart ayında Prezident İlham Əliyevin sərəncamı ilə Emin Səlhab oğlu Məmmədov “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri təyin edilib.


Paylaş:


Müəllif : Tarix:
12-06-2021, 11:57
  


loading...
Загрузка...