reklam
» » Azərbaycanda deputat deputatların maaşlarının azaldılmasını təklif etdi - Belə də olurmuş...

reklam

Azərbaycanda deputat deputatların maaşlarının azaldılmasını təklif etdi - Belə də olurmuş...



Son günlər Azərbaycanda deputatların səlahiyyət və maaşlarının artırılması ilə bağlı geniş müzakirə olunur.

Bir sıra parlament üzvləri, hətta eks-deputatlar hesab edir ki, millət vəkillərinin seçicilərlə görüşü üçün maliyyə fondu yaradılmalıdır. Onların iddiasına görə, seçicilərlə görüş üçün mövcud maliyyə kifayət etmir.

Qanunverici hakimiyyətlə icraedici hakimiyyətin səlahiyyətlərini qarışdırmağa ehtiyac yoxdur...

Məsələyə münasibət bildirən Azərbaycan Demokratik İslahatlar Partiyasının sədri, deputat Asim Mollazadə Modern.az-a açıqlamasında deyib ki, qanunverici hakimiyyətlə icraedici hakimiyyətin səlahiyyətlərini qarışdırmağa ehtiyac yoxdur.

Partiya sədri düşünür ki, deputatların öz işlərini həyata keçirmək üçün kifayət qədər səlahiyyətləri var: "Yəni deputatların ən əsas işi seçicilərin problemlərinin həllidir. Eyni zamanda, onların vəziyyətlərinin yaxşılaşdırılmasıdır. Bunula yanaşı, deputatlar icra strukturları və hökumət üzvlərinə sorğu göndərmək, ölkədəki müvafiq məsələlərlə bağlı ümumi vəziyyəti öyrənmək səlahiyyətlərinə və ona təsir etmək imkanlarına malikdirlər.

Burada o səlahiyyətlərdən söhbət gedir ki, hakimiyyət bölgüsünə diqqətlə yanaşmaq lazımdır. Deputatlar icra funksiyalarına malik deyillər. Onlar qanunvericilik funksiyaları ilə yanaşı, müəyyən qədər hökumətlə hakimiyyət arasında bir körpüdür.

Seçicilərin şikayətlərini ifadə etmək imkanlarına malikdirlər. Mənə elə gəlir ki, deputatların maaşları müəllim və həkimlərin məvaciblərindən, imkanlarından qat-qat yaxşı olmamalıdır. Onlar uyğunlaşmalıdır. Bu, ölkənin orta maaş səviyyəsi ilə bağlıdır".

Başa düşə bilmirəm ki, bəzi insanlar hansı səlahiyyətlərdən danışırlar...

Asim Mollazadənin hakim partiyadan olan həmkarı, Milli Məclisin komitə sədri Tahir Rzayev isə düşünür ki, bu istiqamətdə qaldırılan məsələlər hərtərəfli reallıqları əks etdirmir.

Çünki deputatların səlahiyyətləri kifayət qədərdir. Əgər deputatlar onlara verilən səlahiyyətlər çərçivəsində hərəkət etsələr, fikrimcə, öz işlərini dolğun həyata keçirə bilərlər. Bir deputat kimi bizim ən başlıca səlahiyyətlərimizdən biri qanunvericilik aktlarının hazırlanmasıdır. Qanunlara əlavə və dəyişikliklərin edilməsidir. Bununla əlaqədar təkliflərin irəli sürülməsidir. Bu da göz qarşısında və kifayət qədərdir.

Digər tərəfdən, vətəndaşlarla görüşmək hər bir deputatın vəzifəsidir. Deputatlar insanların təkliflərini, arzu və istəklərini lazımi orqanlara çatdırmağa borcludurlar. İstənilən vaxt onların yanında olsunlar. Beynəlxalq səviyyədə təmsil olunmaq da bizim səlahiyyətlərimizə daxildir. Mən başa düşə bilmirəm ki, bəzi insanlar hansı səlahiyyətlərdən, istəklərdən danışırlar. Maddiyyat məsələsinə gəldikdə, fikirləşirəm ki, bu gün bizim aldığımız əməkhaqqı şəxsən məni qane edir.

Kimisə qane etmirsə, bu, onun öz işidir. Müəyyən insanlar var ki, onların əməkhaqqısı bizdən qat-qat aşağıdır. Müəllim və həkimlərin maaşında xeyli dərəcədə azalmalar var. Yəni, onların maaşı xeyli aşağıdır. Hansısa millət vəkili əlavə vəsait istəyirsə, o, ilk olaraq bu pulu hara sərf edəcəyini açıqlamalıdır.

Biz tez-tez rayonlara, seçicilərlə görüşlərə gedirik. Müəyyən qədər vəsaitlərə qənaət etmək lazımdır. Əgər bu gün ölkədə müəyyən insanların əməkhaqqı aşağıdırsa, mən şəninə sığışmaram ki, mənim maaşımı artırılsın. Hər kəs öz maaşına qənaət etməlidir. Vəzifə xərclərinə də mütləq qənaət olunmalıdır".

Bir çox qurumlar parlament qarşısında ele bir qorxu hiss edə bilmirlər...

Milli Cəbhə Partiyasının sədri, Millət vəkili Razi Nurullayev isə bildirib ki, parlamentin səlahiyyətlərinin artırılması üçün qanunvericilik səviyyəsində addımlar atılmalıdır:

Birinci növbədə parlamentin dövlət idarəçiliyindəki rolu artırılarsa, Milli Məclisin və onun üzvlərinin nüfuzu daha çox artırılmış ola bilər.

İlk növbədə parlamentin nüfuzunun artırılması üçün nazirlərin təyinatında, müxtəlif dövlət idarələrinin yaradılmasında və formalaşdırılmasında daha görüntülü, səlahiyyətli rola malik olmalıdır.

Hakimlərin təyini, Hesablama Palatasının yaradılması parlamentin səlahiyyətindədir. Amma bunlar çox azdır. Bu mexanizmi daha da artırmaq mümkündür. Hazırkı nüanslar daha çox formal xarakter daşıyır. Ona görə də bir çox qurumlar parlament qarşısında ele bir qorxu hiss edə bilmirlər. Hesabat vermək, hesabatların yoxlanılması məsuliyyəti, qorxusu olmur".


Paylaş:


Müəllif : Tarix:
11-05-2021, 18:22
  


loading...
Загрузка...