reklam
» » Həbsxanadan nazirə ismarıc... - verdiyiniz vədlər harda qaldı?

reklam

Həbsxanadan nazirə ismarıc... - verdiyiniz vədlər harda qaldı?



Son illər Azərbaycanda zərərli bir fikir yayılıb: məktəb direktoru pedaqoq, müəllim olmaya bilər.
Yaxşı, bəs onda məktəb direktoru polis işçisi, yaxud baytar, zootexnik, bəlkə hüquqşünas-prokuror olmalıdır ?
Əlbəttə, polis də, baytar da, hüquqşünas da cəmiyyət üçün çox vacib-gərəkli peşələrdir. Amma bunların öz yeri var. Pedaqoq-müəllim prokuror, yaxud baytar ola bilərmi ? Əlbəttə, yox. Bəs onda məktəb direktoru necə müəllim olmaya bilər ?
Bunu deyənlər Allah qoymasa, deyirlər ki, məktəb direktoru guya MENECER olmalıdır. Axı, məktəb direktoru 1-cə saat şagirdlərə dərs keçməyibsə, o pedaqoji kollektivə necə rəhbərlik edə bilər ?
Bu uzun girişi yazmaqda məqsədimiz odur ki, hər kəs bacardığı, başı çıxan sahəyə rəhbər olmalıdır.
Əlbəttə, gənclərin idarəetmədə irəli çəkilməsi, onlara etimad göstərilməsi təqdirəlayiqdir. Amma rəhbərlik etdiyi sahədən heç olmasa minimum anlayışı olsun də.
Məsələn, hörmətli kənd təsərrüfatı nazirimiz İnam Kərimov 10 il (1984-1994-cü illərdə ) Bakı şəhərində Humanitar fənlər Gimnaziyasında təhsil alıb. Bu gimnaziyada adından da göründüyü kimi fizika, riyaziyyat, kimya, biologiyaya deyil, daha çox humanitar sahəyə, məsələn İnam Kərimovun əla bildiyi fars dilinə üstünlük verilib. Yəni İnam müəllim fars dili üzrə ixtisaslaşmaq istəyib. Ancaq BDU-nun Beynəlxalq hüquq fakültəsini bitirib. Fars dili hara, beynəlxalq hüquq hara ?
Sonra İnam Kərimov Sorbonnada beynəlxalq hüquq üzrə magistr təhsili alıb. Və sonda Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri işləyib. Fransız, fars və rus dillərini bilir. Və 3 ildir Kənd təsərrüfatı naziri vəzifəsində işləyir.
Yuxarıda yazılanlardan bəlli olur ki, bu adam kənd təsərrüfatından, aqrar sahədən, baramadan, tütündən, qoyundan, inəkdən, pambıqdan dərs oxumayıb. Bəs onda bu boyda sahəyə, necə rəhbərlik edəcək ?
Axı, burda üzümçülük var, şərabçılıq var, pambıq emalı var, tütün fermentasiyası var, bitkiçilik var, fitosanitariya var, baytarlıq var və daha nələr, nələr...
Bizim İnam müəllimə və onun kimi gənc kadrlara əsla paxıllığımız tutmur, əksinə istəyirik ki, özlərini doğrultsunlar, cəmiyyətimiz üçün faydalı kadrlar olsunlar. Ancaq gənc kadrlarda bir məsuliyyət hissi olmalıdır, vəzifəyə təyin olunanda bilməlisən ki, bunu bacaracaqsan, yoxsa, yox.
İnam Kərimovun nazir təyin olunduğu düz 3 ildir. Bu günədək aqrar sahə ilə bağlı hansı bir əhəmiyyətli ideya, proqram ortaya qoyub ? Əlbəttə, yox. Çünki bu sahədən anlayışı yoxdur.
İnam Kərimovun cəmiyyətə ilk mesajı nə oldu?
Gedib kənddə quzunu qucağıma alıb şəkil çəkdirdi ?
Yaxud “sapoq” geyib, fındıq tingləri əkib şəkil paylaşdı..
Məgər bu yolla aqrar sahənin problemlərini həll etmək olar ?
İnam Kərimovdan soruşmaq lazımdır ki, baramçılığın inkişafı üçün Çindən 1.5 milyon tut tingi ( çəkil) gətirmişdiniz, nə oldu ağaclar ? O tinglərə neçə milyon xərclənmişdi ? Faydası nə oldu ?
Cənab nazir !
Bir neçə il əvvəl cənab Prezident İlham Əliyev kənd təsərrüfatı nazirliyinin rəhbərliyinə üzünü tutaraq açıq şəkildə dedi ki, ayrılan milyonlarla subsidiyanın hara xərcləndiyi məlumdu.
3 ildir nazirsiniz. Bircə dəfə hesabat verin görək, indi subsidiyalar hara xərclənir ?
Müqəddəs Ramazan ayında qurbanlıq adı altında qoyunlar gətirirsiniz, bunları şəffaf şəkildə etmək olmazmı ?
Sizdən əvvəlki nazirlər “bulanıq suda“ milyonlar qazanırdı. Siz də şəffaflıq istəmirsiniz ? Onda bunun harası islahat oldu ?
Cənab nazir !
Son vaxtlar baramaçılığın inkişafından çox danışırsınız. Barı, baramanın sortlarını ayırd edə bilirsinizmi ? Qiymətlərini bilirsinizmi ?
Cənab nazir !
Barama məhsulunun xeyli sayda sortu var. Onları necə müyyən etmək olar ?
Cənab nazir !
Gəncliyinizi, təcrübəsizliyinizi anlayırıq. İndiki gənclərin dar, qısaqol kostyumda şəkil çəkdirməsi də dəb halını alıb. Amma unutmayın ki, ölkə başçısı bir neçə gün əvvəl hərbi formada Azərbaycan əsgərinə, gənclərinə əsl nümunə göstərdi. Siz gənc nazirlər də nəticə çıxartsanız faydası olar.
Cənab nazir !
Əli İnsanov faktorunu da yaddan çıxartma. Onun nazir kimi “örnəyini” çalış təkrar etmə.
Və Əli İnsanov da bir zamanlar kimlərəsə vəzifə söz verirdi.

Dostunuz Şahin də həbsxanadan sizə xəbər göndərir, deyir içəridə qalmışam, bəs verdiyiniz vədlər nooldu...bəs deyirdiniz adam tapın nazir qoyaq...
Cənab İnam Kərimov !
Sən nazir qoyansan ?
Bu məsələlər cənab Prezidentin müstəsna səlahiyyətində olan məsələlərdir. Sən hara, nazir qoymaq hara ?
Cənab Prezident kimisə nazir təyin edir, etimadı itirəni isə həbsxananın bir küncünə qoyur. Son bir ildə nümunələr çoxdur.
Bizim də bir media olaraq missiyamız bu məsələdə Prezidentə dəstək olmaqdır. //gundelik-baku.com//


Paylaş:


Müəllif : Tarix:
4-05-2021, 16:28
  


loading...
Загрузка...