reklam
» » “Qaçqınkom”dan daha bir şübhəli tender – Videoçarx üçün 40 min manat ayırıb

reklam

“Qaçqınkom”dan daha bir şübhəli tender – Videoçarx üçün 40 min manat ayırıb



Qaçqınlar və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin (“Qaçqınkom”) Beynəlxalq Əlaqələr, İnformasiya və Mətbuat Xidməti Departamenti tərəfindən keçirilən tender müsabiqələrinin qalibi məlum olub.
Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən bildirir ki, tender müsabiqələrinin qalibi “Doraqon” MMC (VÖEN-2006548961) olub.
“Qaçqınkom” video çarxların çəkilməsi üçün “Doraqon” MMC ilə 40 min 250 manatlıq müqavilə bağlayıb.
Məlumat üçün bildirək ki, “Doraqon” MMC – 21.01.2021-ci il tarixində dövlət qeydiyyatına alınıb. “Qaçqınkom” tender müsabiqəsini 18.03.2021-ci il tarixində elan edib. Bu isə o deməkdir ki, tender müabiqəsinin qalibi olan MMC tender elanının verilməsindən cəmi 2 ay əvvəl yaranıb. Cəmi 2 ay əvvəl yaranan və 40 min manatlıq tenderin qalibi olan MMC “Bakı şəhəri, Xətai rayonu, General Səmədbəy Mehmandarov, ev 16, m. 108” ünvanında qeydiyyatdadır. Nizamnamə kapitalı 10 manat olan MMC-nin qanuni təmsilçisi Əzizov Kamran Sədrəddin oğludur.
Qeyd edək ki, Əzizov Kamran Sədrəddin oğlu 18 və 21 yanvar tarixlərində “Xətai rayonu, General Səmədbəy Mehmandarov, ev 16, m. 108” ünvanında “Avareli”, “Karaveta”, “Fılded-K.E” və “Raıder-RR” adlı daha 4 şirkət qeydiyyatdan keçirib.
Maraqlı məqamlardan biri də odur ki, son aylarda “Xətai rayonu, General Səmədbəy Mehmandarov, ev 16, m. 108” ünvanında onlarla şirkət qeydiyyata alınıb. Bu şirkətlərin bir-neçəsinin qanuni təmsilçisi eyni şəxslər olub.
“Xətai rayonu, General Səmədbəy Mehmandarov, ev 16, m. 108” ünvanda qeydə alınan şirkətlərin bəziləri bunlar olub:





Məlumat üçün bildirək ki, "Dövlət satınalmaları haqqında" Qanunun 6-cı maddəsində malgöndərənlərin (podratçıların) ixtisasına dair tələblər yer alıb. Həmin maddənin 6.2.1-ci bəndində açıq şəkildə yazılır ki, satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə peşəkarlığının, təcrübəsinin, texniki və maliyyə imkanlarının, işçi qüvvəsinin, idarəetmə səriştəsinin, etibarlığının olması lazımdır.
Cəmi 2 ay əvvəl yaranan, nəinki rəsmi veb-səhifəyə, hətta sosial şəbəkə hesabına sahib olmayan bir şirkətlərinin hansı peşəkarlığa və təcrübəyə sahib olacağı aydın deyil.
Xatırladaq ki, bu cür tender müsabiqələri “Qaçqınkom” tərəfindən əvvəllər də keçirilib.


Paylaş:


Müəllif : Tarix:
16-04-2021, 18:01
  


loading...
Загрузка...