reklam
» » Şəhid ailəsinin evi ipotekadadırsa, ona mənzil verilmir... – Şərtlər dəyişsin!

reklam

Şəhid ailəsinin evi ipotekadadırsa, ona mənzil verilmir... – Şərtlər dəyişsin!



Millət vəkili Aqil Abbas maraqlı bir təkliflə çıxış edib. Onun sözlərinə görə, Sovet İttifaqı vaxtı bir çox statuslar, o cümlədən “qəhrəman ana” statusu var idi:
“Onlara da tətbiq edilən güzəştlər olurdu. Çingiz Abdullayev çox maraqlı bir təkliflə çıxış edib ki, niyə bizdə “Şəhid anaları” medalı təsis edilmir? Çingiz Abdullayevin təklifi çox maraqlıdır.
Hesab edirəm ki, bu məsələyə baxmaq olar”.

Deputatın təklifinə dair “Sherg.az”a danışan Qarabağ qazisi Anar Məmmədov bildirib ki, şəhid anaları ilə bağlı hansısa statusun olması çox yaxşı fikirdir. Amma bu statusdan öncə Milli Məclisdə şəhid analarına, həmçinin qazilərə şamil edilən bütün imtiyazlar nəzərdən keçirilməlidir:

“Bunlardan biri evlə bağlıdır. Yəni şəhid ailələri evlə əlaqədar müraciət edəndə, məsələ köhnədən qalma rus qaydaları ilə tənzimlənir. Fikrimcə, şəhid anaları üçün döş nişanı verilə bilər. Lakin əvvəlcə müəyyən məsələlər həllini tapsa, daha yaxşı olar. Məsələn, qazilərlə əlaqədar bir nüansı qeyd edim. Məlumdur ki, qazilərə avtomobil verilir. Cənab Prezidentin fərmanına əsasən, orada göstərilmir ki, hansı qazilərə maşın verilir və yaxud hansılara verilmir. Lakin aidiyyəti qurumlar filan qazilərə maşın verilir, digərlərinə isə verilə bilməz deyirlər. Belə hallara son qoyulmalıdır. Necə olur ki, Əfqanıstan veteranına avtomobil təqdim olunur, Qarabağ əlilinə isə fərqli şəkildə verilir. Deyirlər ki, gərək filan xəstəlik olmalıdır ki, sizə maşın verilsin. Ev növbəsindən də müəyyən məqamlar var. Məsələn, şəhid ailəsinin adına ev varsa və yaxud ipotekadadırsa, onlara ev düşmür. Düşünürəm ki, şəhid anaları üçün hansısa status verilməzdən öncə bəzi məqamlar həllini tapmalıdır”.


Paylaş:


Müəllif : Tarix:
16-04-2021, 16:41
  


loading...
Загрузка...