reklam
» » Agentlik sədri: “İnternat məzunlarının evlə təminatından danışdı”

reklam

Agentlik sədri: “İnternat məzunlarının evlə təminatından danışdı”


Heydər Əliyev Fondunun təşəbbüsü ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin “Məzun evi” sosial xidmət müəssisəsi fəaliyyət göstərir.

Bu sözləri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin sədri Vüqar Behbudov “Sosial saat” layihəsində çıxışı zamanı deyib.

O bildirib ki, artıq internat məzunlarının evlə təmin olunması istiqamətində üç korpus tikilib:

“Bu korpuslarda 365 internat məzunu mənzillərlə təmin olunub. Bu mənzillərin tikintisi nazirlik tərəfindən həyata keçirilmir. Sadəcə mənzillər tikildikdən sonra nazirliyə təqdim olunur və daha sonra internat məzunları “Məzun evi” xidmətləri vasitəsi ilə həmin mənzillərlə təmin olunurlar.

Bu proseslər növbəlilik prinsipi ilə aparılır. Növbəti mənzil təminatı prosesində də növbədə olan internat məzunları ardıcıllıqla nəzərə alınacaqlar”.


Paylaş:


Müəllif : Tarix:
16-04-2021, 12:34
  


loading...
Загрузка...