reklam
» » “Mədəniyyət kanalı AzTV-nin balansından çıxarılıb Mədəniyyət Nazirliyinə verilməlidir” - QALMAQALLI TƏKLİF

reklam

“Mədəniyyət kanalı AzTV-nin balansından çıxarılıb Mədəniyyət Nazirliyinə verilməlidir” - QALMAQALLI TƏKLİF



“Düşünürəm ki, Mədəniyyət TV-ni Azərbaycan Televiziya və Radio Verilişləri QSC-nin tərkibindən çıxarılaraq Mədəniyyət Nazirliyinin balansına verilsə daha effektiv olar. Onsuzda bu televiziya Azərbaycan Televiziya və Radio Verilişləri QSC-nin balansında həmişə ögey uşaq kimi olub. İndi Mədəniyyəti doğmalaşdırmaq və vahid strategiyanın tərkib hissəsinə çevirmək lazımdır”.

Bu təkliflə tanınmış telejurnalist Aqil Məmmədov çıxış edib. O, özünün facebook səhifəsində bunu belə əsaslandırıb:

“Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etməsindən sonra əsas məsələ Dağlıq Qarabağ ərazisində kompakt yaşayan erməni əsilli Azərbaycan vətəndaşlarının adaptasiyası, onların talışlar, ləzgilər, ruslar, avarlar, türklər və digər xalqlarla birgə yaşayış ənənələrinin formalaşdırılmasıdır. Yeni dönəmdə ölkənin güc strukturları ilə yanaşı, mədəniyyət sahəsinə cavabdeh qrumlarında üzərinə böyük missiya düşür. Mədəni təğliğat artıq yeni konsepsiya əsasında mərkəzləşdirilmiş şəkildə həyata keçirilməlidir. Bildiyim qədər artıq Mədəniyyət Nazirliyi yeni konsepsiyanın hazırlanmasına start verib. Konsepsiyanın əsas tərkib hissəsindən biridə televiziya vasitəsi ilə vahid strategiyanın, təbliğatın qurulmasıdır”.


Paylaş:


Müəllif : Tarix:
12-04-2021, 15:46
  


loading...
Загрузка...