reklam
» » Qanuna dəyişikliyin məğzi: - Pullar yenə daşa-divara qismət olacaq

reklam

Qanuna dəyişikliyin məğzi: - Pullar yenə daşa-divara qismət olacaq



“Əmanətlərin sığortalanması haqqında” Qanun yeni dəyişikliklərlə qüvvəyə minib. Belə ki, artıq fiziki şəxslərin bankda olan 100 min manatadək olan əmanətləri sığortalanacaq. Milli valyutada olan əmanətlər üzrə qorunan dividend faiz dərəcəsi 12, xarici valyutada isə 2.5 faizdir.

Aprelin 5-dən qüvvəyə minən qanun əmanətçilər üçün hansı imkanları yaradacaq və nə kimi maneələr törədəcək?

Yeniliyi AYNA-ya şərh edən iqtisadçı ekspert Eldəniz Əmirov əvvəlki qanunla əmanətlərin sığortalanmasının limitsiz olduğunu xatırladıb: “Əmanətlərin həcmindən asılı olmayaraq, heç bir məhduyiyyət yox idi. Hazırkı qanuna əsasən, əmanətlərin 100 min manata qədər olan hissəsi sığortalanır. Hazırkı qanunun müəyyən müsbət və mənfi məqamları var”.

Ekspertin sözlərinə görə, mənfi məqam əmanətlərin sığortalanmasında limitin tətbiq olunmasıdır: “Limisitsiz olması daha yaxşı olardı. İndiki halda, əgər vətəndaşın beş yüz min manatı varsa, həmin məbləğin 100 min manatını öz adına, digərlərini isə ailə üzvlərinin adına yerləşdirməli olacaq. Bir sözlə, vətəndaş istənilən halda bütün əmanətlərini ayrı-ayrı olsa da, banka yerləşdirəcək və hamısı da sığortalanacaq. Ona görə də limitin tətbiq edilməsinin bir mənası yoxdur. Düzdür, rəsmi statistikada bildirilir ki, əmanətlərin 99 faizə qədəri 100 min manat civarında olan məbləğlərdir. Çünki həmin əmanətlər də bölünərək yerləşdirilən əmanətlərdir”.

“Limitin tətbiqinin müsbət tərəfi isə odur ki, bölünməklə yerləşdirilən əmanətlər sayəsində digər banklarda da canlanma yaranacaq. Yəni vətəndaşın vəsaitini öz adına ayrı-ayrı banklara da yerləşdirmək imkanı olacaq”, - deyə həmsöhbətimiz bildirib.

Əmirovun fikrincə, sahibkarlar üçün də qoyulan limit səviyyəsi çox aşağıdır: “Sahibkarlara bu limit 20 min manat dəyərində tətbiq edilib. Bu da çox aşağı rəqəmdir. Vətəndaşın yüz min manatı, sahibkarın isə iyirimi min manatının sığortalanması qərarı da anormal qərardır. Bu, sahibkarlıq fəaliyyəti üçün kifayət qədər aşağı rəqəmdir. Sözügedən limiti də qaldırmaq lazımdır. Sahibkar da iki yüz minlik əmanətini banklara ayrı-ayrı şəxslərin adlarına yerləşdirə biləcək. Bu qərarla sadəcə olaraq yüngül də olsa, maneələr yaradılır. Depozit yerləşdirmək istəyən vətəndaş bundan hansısa formada yararlana biləcək, yararlanmaq istəməyən insan onsuz da bundan imtina edəcək”.

İqtisadçının banklardakı depozit sayının artacağı barədə gözləntisi yoxdur: “Artımın daşınmaz əmlak sahəsində daha çox olacağını təxmin edirəm. Daşınmaz əmlaka qoyulan vəsaitlərin artacağını, bu sahədə canlanmanın baş verəcəyini düşünürəm. Çünki daşınmaz əmlaka pul yatıran insanlar heç bir zaman uduzmurlar. Ona görə də insanlar öz vəsaitlərini daha çox daşınmaz əmlaka yatıraraq daha çox sığortalanırlar, nəinki bu gün təklif olunan 12 faizədək, yüz min manat həcmində olan bir vəsaitə”.

“Ona görə depozitlərlə bağlı hansısa canlanmanı müşahidə etməyəcəyik. Devalvasiydan sonra vətəndaşlar vəsaitlərini banklardan geri çəkdilər, bir müddət bankalara üz tutmadılar, daha sonra yenidən canlanma oldu. Pandemiya dövründə isə tikinti sektorunda daha çox canlanma oldu. Tikinti sektoru üçün 48,1 faiz kredit ayrılmalarında artım olub. Səbəb isə digər sekterlorda olan passivlik, tikinti sektorunda olan aktivlikdir. İkinci səbəb isə tələbatın olmasıdır. İnsanlar vəsaitlərini daha çox daşınmaz əmlaka yönəltdikləri üçün bu sektorda canlanma olurdu, nəinki bankların 12 faizinə inam”, - deyə müsahibimiz vurğulayıb.


Paylaş:


Müəllif : Tarix:
12-04-2021, 15:42
  


loading...
Загрузка...