reklam
» » “Bakıdakı “beşinci kolon” rus silahlarına mədhiyyə yağdırır” - YENİ İDDİA

reklam

“Bakıdakı “beşinci kolon” rus silahlarına mədhiyyə yağdırır” - YENİ İDDİA

Bəzi siyasi təhlilçilər və müşahidəçilər belə mülahizələr irəli sürürlər ki, Azərbaycanda latent fəaliyyət göstərən ruspərəst qüvvələr indi də qonşu ölkənin istehsal etdiyi silahlara mədhiyyə yağdırırlar. Bu iddianı irəli sürənlərin fikrincə, Azərbaycandakı “5-ci kolon” şəbəkəsi Ermənistanın baş naziri Nikol Paşinyanın Rusiyanın verdiyi “İskəndər” raketlərini pisləməsindən sonra fəallaşıblar, rus malını tərifləyirlər.

“Yeni Müsavat” yada salır ki, Paşinyan “İskəndər”lərin yararsız olduğunu, hətta partlamadığını bəyan etmişdi. Onun sensasiya doğuran bu açıqlamasına Kremldən gələn reaksiyalardan sonra Ermənistan rəhbəri ifadəsinə düzəliş etmişdi, ona bu mövzuda dezinformasiya verildiyini söyləmişdi. Ölkənin baş nazirinin feyk məlumata istinad edərək dünyanın aparıcı dövlətlərindən birini, üstəlik, müttəfiq ölkəni ittiham etməsi bir ayrı məzhəkə mövzusudur, lakin burada diqqətimizi çəkən nüans bu qalmaqaldan sonra Azərbaycanda ruspərəst dairələrin aktivləşdiyi, Rusiya silahlarının heç də yararsız olmadığı, əksinə, şimal qonşumuzun müasir hərbi sənaye kompleksinə malik olduğu haqda çıxışlar etmələri haqda iddiaların səslənməsidir.

Azərbaycanın sosial media seqmentində isə Rusiya silahlarının göstəricilərinin şişirdildiyi fikirləri də irəli sürülməkdədir. Hətta iddia olunur ki, “beşinci kolon” o silahların Ermənistana veriləcəyi deyiləndə, gərək müqavimət göstərəymiş və sairə...

Bəs həqiqət haradadır? Rusiyanın bütün növ və döyüş silahları doğrudanmı güclüdür, yoxsa...

Polkovnik, hərbi ekspert Şair Ramaldanov inanmır ki, rus silahının gücsüz olması haqda iddialar həqiqətdir. Polkovnikin “Yeni Müsavat”a bildirdiyinə görə, Rusiyanın inkişaf etmiş hərbi sənaye kompleksi var. Ş.Ramaldanov xatırladır ki, Türkiyə kimi böyük NATO ölkəsinin Rusiyadan “S- 400" zenit- raket kompleksi alması buna sübutdur. ”Artıq Rusiyanın “F 57" təyyarələri haqda danışıqlar gedir. Türkiyə Rusiyanın hərbi bazarına maraq göstərir. Ümumiyyətlə, Rusiyanın hərbi sənaye bazarı genişlənir. Bu gün Çin, Hindistan kimi böyük dövlətlər, eləcə də ərəb ölkələri, habelə İran rus silahlarına maraq göstərir. Bütün bunları düşünərək deməzdim ki, Rusiya silahı gücsüzdür və onun aşırı təriflənməsinə ehtiyac var. Sadəcə, Paşinyanın çıxışından istifadə edilən bir ritorika ola bilər”, - deyə polkovnik vurğuladı.

Ekspert qeyd etdi ki, Rusiyanın hərbi bazarı dünyada ikinci yeri tutur: “Rusiyada hiperraketlərin istehsalı göstərir ki, onun hərbi sənaye kompleksi necə inkişaf edir. Ümumiyyətlə, bazar olanda inkişaf gedir, bazar olmasa inkişaf etməzdilər. Artıq milyardlıq bir neçə sazişləri də var. Amma Rusiyanın köhnə silahları haqda fikirlərdə həqiqət payı var. Məsələn, 40-50 il qabaq istehsal edilmiş silahlar var. O cür silahların alınmasına maraq azalacaq. Azərbaycanın apardığı 44 günlük müharibə göstərdi ki, Rusiyanın köhnə silahlarına ehtiyac qalmır. Bir ”Bayraktar" özündən bir neçə dəfə baha köhnə texnikanı məhv edə bilər. Bu savaş göstərdi ki, Rusiyada istehsal edilmiş köhnə silahlar, tanklar, raketlər, artilleriya-yayım qurğularnın dövrü getdi, yeni nəsil silahlara maraq artacaq".


Paylaş:


Müəllif : Tarix:
5-03-2021, 09:32
  


loading...
Загрузка...