reklam
» » “Qüdrət Həsənquliyev, sənin nə ixtiyarın var ki, Azərbaycan dövlətinin yürütdüyü siyasətə kölgə salasan?!” - QALMAQAL

reklam

“Qüdrət Həsənquliyev, sənin nə ixtiyarın var ki, Azərbaycan dövlətinin yürütdüyü siyasətə kölgə salasan?!” - QALMAQAL


“Hazırda “beşinci kolon” çox sürətlə işləyir. Partiya sədri (Azərbaycan Naminə Alyans Partiyası – red) Abutalıb Səmədovu anlamaq olmur. Azərbaycan tərəfi deyir ki, sentyabrın 27-də əks-hücum əməliyyatı həyata keçirilib, 44 gün davam edən əməliyyat qələbə ilə nəticələnib. Abutalıb Səmədov isə deyir ki, Rusiya icazə verməsəydi, biz əks-hücum əməliyyatı keçirə bilməzdik. Onun düşüncə tərzi bundan ibarətdir ki, Azərbaycan müstəqil dövlət deyil, Rusiyanın quberniyasıdır. Təsəvvür edin, bu adam partiya sədridir. İdeyası nədir, anlaşılan deyil”.

Pravda.az-ın xəbərinə görə, bunu politoloq Cümşüd Nuriyev “Yeni TV”-nin canlı yayımında deyib.

C.Nuriyev Azərbaycan Milli Məclisinin deputatlarını da tənqid edib: “Qüdrət Həsənquliyev Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədridir. Partiyasının adında həm “bütöv”, həm də “Xalq cəbhəsi” sözləri var, amma deyir ki, Rusiyanın dediyini etməsək, atom bombası atar, bu azmış kimi, Türkiyənin şəhərlərini yer üzündən silər. Adama deyərlər, sən kimin əmisi oğlusan? Qüdrət Həsənquliyev iqtidardan kimlərə bağlıdır, məlumdur... Bu dərəcədə xəyanət etmək olmaz. Altıncı dəfədir, millət vəkili seçilir. Sən nə ixtiyarın var ki, Azərbaycan dövlətinin yürütdüyü siyasətə kölgə salasan?! Rasim Musabəyov, Elşad Mirbəşiroğlu da elə. Ayıbdır! Millət vəkilidirlər, onlar danışandan sonra gənclərə məsələnin mahiyyətini izah etmək olmur. Tələbələr sual verirlər ki, bu şəxslər dövlətin adamlarıdır, belə danışırlar, siz də deyirsiniz ki, bu, dövlətin mövqeyi deyil. Bunlar dövlətin adamları deyil, verilən tapşırıqları icra edirlər, cəmiyyətdə də narazılıq salan bu qüvvələrdir”.



Paylaş:


Müəllif : Tarix:
13-01-2021, 13:46
  


loading...
Загрузка...