reklam
» » 8 aydır işsiz olsa da... - heç bir kompensasiya ala bilməyib...

reklam

8 aydır işsiz olsa da... - heç bir kompensasiya ala bilməyib...


Füzuli rayon, Aşağı Əbdülrəhmanlı kəndindən məcburi köçkün olan Çinarə Kərimova himayəsindəki iki azyaşlı övladı ilə rayonun Zobucuq 2 qəsəbəsində müvəqqəti olaraq məskunlaşıb. Onun həyat yoldaşı Rusiyada yaşayır. O, ünvanlı sosial yardımla əlaqədar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə dəfələrlə müraciət etsə də, ona imtina cavabı gəlib.

DİA.AZ xəbər verir ki, Çinarə Kərimova Zobucuq 2 qəsəbəsində məktəb bufetində işləyib. Məlum Pandemiya səsəbi ilə iş yeri müvəqqəti olaraq dayandırıldığı üçün 8 aydır ki, işsizdir. İşsizliyi ilə bağlı, dəfələrlə Füzulı rayon məşğulluq idarəsinə məlumat versə də, işsiz qaldığı bu müddət ərzində heç bir kompensasiya ala bilmədiyindən şikayətlənir.

Çinarə xanım bildirir ki, o, kiçik yaşlı övladlarının ərzaq və paltar ehtiyaclarını yaxın qohumlarının və qonşularının yardımı ilə qarşılayır.


Paylaş:


Müəllif : Tarix:
1-12-2020, 11:11
  


loading...
Загрузка...