"Xəstəxanalar doludur, həkimlər bizə baxa bilmir" - Qazidən ÇAĞIRIŞ

"Virusa yoluxub xəstəxanaları məşğul etməsinlər. Allaha and olsun, buralar belə xəstələrlə doludur. Hamı çıxıb çöldə ərazilərin işğaldan azad olunmasını bayram edirdi. Buna görə xəstəxanalar koronavirus xəstələri ilə doludur".
Bunu Vətən müharibəsinin qazisi Abbas Yaşaroğlu müalicə aldığı xəstəxanadan canlı yayıma çıxan zaman bildirib.
"İndi də bir hadisənin şahidi oldum. Cavan oğlan virus səbəbindən rəhmətə getdi. Bütün ölkədən xahişim odur ki, maskadan düzgün istifadə etsinlər, qaydalara əməl olunsun. Həkimlər, təcili tibbi yardım maşınları məşğul olur. Evdə ambulator şəraitdə müalicə alan qazilər var ki, ağrıları tutan zaman təcili yardıma zəng vurur və onlar bir saata gəlib çıxır. 15 gün məzuniyyətdə olarkən vəziyyətim pisləşdi və ambulans çağırdıq, amma çox gecikdi. Atam onlardan soruşdu ki, niyə belə gec gəldilər. Cavab verdilər ki, koronavirusa görə bütün təcili tibbi yardım maşınları çağırışdadır. Ona görə, hamıdan qaydalara maksimum əməl etməsini rica edirəm", - o bildirib.
Paylaş:
Müəllif : Yazar
Tarix:30-11-2020, 10:02
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:30-11-2020, 10:02
Загрузка...
Oxşar Xəbərlər

Xəbər lenti
Dünən, 17:27
Dünən, 16:28
Dünən, 15:35
Dünən, 12:10
Dünən, 09:53
Dünən, 08:48
Dünən, 08:45
25-01-2021, 19:21
25-01-2021, 16:47
25-01-2021, 16:05

“Şəxsiyyət vəsiqəmizdə Samux rayonu yazılıb, amma qaz çəkdirmək üçün Şəmkirə yönləndirirlər” - GİLEY

Çörək və unun satışı vergidən azad olunur, aksizli malların dərəcələri artırılır - YENİLİKLƏR

Azərbaycana gətirilən 20 qrama qədər qızıl məmulatlarına aksiz güzəşti ləğv olunur - Diqqət!

“İkinci mühəndis öldü, mən də yaralıyam, çox pis döyüblər...” - TÜRKİYƏ GƏMİSİNƏ QULDUR HÜCUMUNUN VİDEOKADRLARI

"Real" MTK-nın əsir-yesir etdiyi vətəndaş ÇARƏSİZ DURUMDA... - Tikinti şirkətinin heyrətamiz dələduzluğu

“Müəllimlər qiymət verərkən onlayn dərsin çətinliklərini nəzərə alsınlar” - valideynlər narazıdır

Musa Şəkiliyevin qanunsuz əməlləri... - Uşaqların əyləncəsi üçün nəzərdə tutulmuş maneji ailəsi üçün biznesə çevirib

“Sülhməramlılar”ın Qarabağda qanunsuz “anti-terror” təlimləri... - Politoloqdan AÇIQLAMA

“Əfvlə bağlı şəhid ailələrinin və qazilərin müraciətlərinə həssaslıqla yanaşılacaq” - AÇIQLAMA