reklam
» » BDU-nun şübhəli ortağı: “Sosial İnkişaf Layihə” MMC... - İLGİNC FAKT

reklam

BDU-nun şübhəli ortağı: “Sosial İnkişaf Layihə” MMC... - İLGİNC FAKT

Bakı Dövlət Universiteti tenderin qalibini açıqlayıb. Yüksək Texnologiyalar Mərkəzi”ndə texnoloji otaqlara və tədqiqat sahələrinə dair texnoloji layihələndirmənin aparılması işlərinin satınalınması tenderində iştirak edən iddiaçıların qiymət təklifləri qiymətləndirib. Açıq tenderin qalibi "SOSİAL-İNKİŞAF LAYİHƏ" MMC olmuşdur. DİA.AZ bildirir ki, BDU qalib şirkətə 118 min 500 manat ödəyəcək.

Onu da qeyd edək ki, “Sosial İnkişaf Layihə” MMC adı kifayət qədər tanış olduğundan dia.az olaraq müəyyən araşdırma aparmalı olduq və bəlli oldu ki, sözügedən MMC təkcə BDU-nun yox, ümumiyyətlə Təhsil Nazirliyinin SEVİMLİ ŞİRKƏTİDİR...

Belə ki, araşdırmalara görə, Azərbaycan Respublikası Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsinin bu il iyun və avqust aylarında nəticəsini elan etdiyi 27 açıq tenderdən 10-nun qalibi məhz “Sosial İnkişaf Layihə” MMC olub.

Bununla da nazirliyin cəmi 10 manat nizamnamə kapitalına malik “sevimli” şirkətinə 1 407 460 manatlıq sifariş verilib. Hər halda bu faktın özü belə yetərlidir ki, "nədən BDU rəhbərliyi “Sosial İnkişaf Layihə” MMC-ni qalib elan edib" sualına da aydınlıq gətirəsən. Əslində sual öz-özünə cavablanır. BDU burada başqa addımı ata da bilməzdi, hər şey elə nazirlikdən yönləndirilir. Yəni tender-mender işləri sadəcə olaraq bir oyundur. Yalnız xırda məbləğlərlə bağlı BDU kimi TN-yə aid müəssisələr nazirliyin iştirakı olmadan, müstəqil surətdə qərar verə bilirlər...


Paylaş:


Müəllif : Tarix:
21-11-2020, 10:07
  


loading...
Загрузка...