reklam
» » Hövsanın "1 manatlıq" taksilərindən insanlara hörmətsizlik - Qiyməti 4 dəfə artırdılar

reklam

Hövsanın "1 manatlıq" taksilərindən insanlara hörmətsizlik - Qiyməti 4 dəfə artırdılar


Məlum olduğu kimi, Qarabağda gedən döyüşlər səbəbi ilə ölkə ərazisində komendant saatı tətbiq edilir. Komendant saatının tələbinə əsasən saat 21:00-da 06:00-a qədər evdən çıxmaq qadağandır. Təəssüf ki, bunu fürsət bilib əlavə gəlir əldə etmək istəyənlər də var.

Cebhe.info-ya daxil olan məlumata görə, bu gün axşam saatlarından 28 Maydan (Səməd Vurğun bağı) Hövsan qəsəbəsinə işləyən taksilər qiyməti artıraraq 1 nəfər üçün 3, 4 manat təyin edib.

Qeyd edək ki, afi günlərdə qiymətlər 1 və ya 2 manat civarında olur.

"1 manatlıq" taksilərin bu davranışı isə Hövsan sakinlərinin narazılığına səbəb olub.

Qeyd edək ki, "1 manatlıq" taksilər özəl sektordur və bu sahəyə heç bir dövlət qurumu tərəfindən nəzarət həyata keçirilmir.


Paylaş:


Müəllif : Tarix:
31-10-2020, 09:22
  


loading...
Загрузка...