reklam
» » “Tovuz müharibəsində də onların simasını görmüşük, bunlar “Şeytan TV”-dir" - ETİRAZ

reklam

“Tovuz müharibəsində də onların simasını görmüşük, bunlar “Şeytan TV”-dir" - ETİRAZ


.Hə, nə olar, adam pasifist də ola bilər, cinayət deyil, kosmopolit düşüncəni də özündə daşıyar, bu baxışa görə heç kimi dar ağacına çəkmirlər, sülhə çağırış da edər, “No War!” - “Müharibəyə yox!” da deyər. Amma baxır harada, necə, nə üçün…Vicdan, insaf da yaxşı heysiyyatlardır axı?!

Əgər Azərbaycan əsgəri Suriyada, yaxud Əfqanıstanda, Liviyada döyüşlərə qatılsaydı, ilk növbədə özümüz qınayardıq - sənin o səhralar uğrunda savaşmağının mənası nədir, niyə supergüclərin geosiyasi maraqlarına qurban gedirsən???

Amma dava bizim davamızdır, torpaq bizim torpağımızdır. Azərbaycanın hərbçisi öz yurd-yuvası, namusu üçün Qarabağda savaşır.

Di gəl, döyüş Meydanında haqq uğrunda Ordumuzun apardığı mübarizəyə “Meydan TV” bəzən elə münasibət sərgiləyir ki...

Buna nə pasifizm, nə sülh tərəfdarı, nə də jurnalistikada neytrallıq adı vermək olar. Elə müharibənin ilk günlərindən “Meydan TV” insanları qıcıqlandırırdı.

Gəncənin, Tərtərin, Bərdənin, Ağdamın dinc sakinlərinin atəşə tutulduğu, evlərinin dağıldığı, mülki vətəndaşların tələf olduğu vaxtda, “Meydan TV” Xankədindən fotolar təqdim edir, orada uçan evləri, məntəqələri az qala dünyanın gözünə soxurd. Sanki torpağı işğalda olan ermənidir. Hətta bir sıra liberallar, solçular da buna etiraz ediblər.

Musavat.com xəbər verir ki, sayt bu dəfə isə anonim imza ilə yayımlanan “Dağlıq Qarabağ: sülhü mümkünsüz edən müharibə, yoxsa müharibədən sonra birgəyaşayış” sərlövhəli məqalə ilə zəhərini töküb.

Yazının leytmotivi ondan ibarətdir ki, ölkədə “Müharibəyə yox” deyənləri asıb - kəsirlər, sıxma - boğmaya salırlar, bu müharibə siyasi iqtidara legitimlik üçün su-hava qədər vacibdir.

Sadəcə, səslənən fikirləri cəmiyyətdə heç bir nüfuzu, statusu olmayan ayrı-ayrı sosial media fəallarının dili ilə çatdırmağa çalışıblar.

Ardınca, hansısa naməlum sol cərəyan gəncləri adından qeyd edilir ki, hərbi toqquşmalar bölgədə sülhün bərqərar olmasına imkan verməyəcək.

Yaxşı, nə təklif edirsiniz, Cəbrayıl, Füzuli, Zəngilan və xeyli sayda kəndlərimiz işğaldan azad edilibsə, elə burada işi yarımçıq dayandıraq, Ermənistanın ruhi xəstəyə oxşayan baş naziri Nikol Paşinyanla masaya oturub yerdə qalan ərazilərin sülh danışıqlarını aparaq?

Hətta absurd ideyalar irəli sürülür: sülh danışıqlarını və əməkdaşlığı bərpa edəcək ilk növbədə adi yerli vətəndaşlardan ibarət olan siyasi təşəbbüsləri canlandırmaq vacibdir.

Bu, Azərbaycan dövlətinə və Ordusuna qarşı bir kampaniyadır. Xalq dövlət rəhbərliyindən torpaqların azad olunmasını, heç bir kompromisə getməməyi tələb edir, “Meydan TV” və Avropadakı bəzi azərbaycanlılar isə ürək bulandırır.

Axı bu media qurumu da Azərbaycanındır, orada çalışan da qeyri-azərbaycanlılar deyil, bəs, bu nə yanaşma, bu nə tərzdir?

Mətbuat Şurasının sədr müavini, media eksperti Müşfiq Ələsgərlinin Musavat.com-a bildirdiyinə görə, medianın işi cəmiyyəti informasiya ilə təmin etmək, doğru-dürüst məlumat verməkdir.

Onun fikrincə, “Meydan TV” və bəzilərinin fəaliyyətində bu boşluqlar müşahidə olunur: “Əvvəla, əgər azərbaycanlısansa, bir azərbaycanlı təəssübkeşliyin olmalıdır. Çünki bu, millət, vətən savaşıdır. Ona görə hər kəs Vətən müharibəsinə gücü çatan dəstəyi verməlidir. İkincisi, Ordumuzun apardığı haqq işidir və ədalətsiz basqıya məruz qalmışıq, ondan qurtulmaq üçün bir millət olaraq əl-ələ verməliyik. Bu baxımdan onlar özlərini azərbaycanlı hesab edirlərsə, bacardığı dəstəyi verməlidirlər”.

M.Ələsgərli hesab edir ki, məsələnin ikinci tərəfi media peşəkarlığı ilə əlaqədardır: “Onlar deyə bilər ki, biz professional media qurumuyuq, öz işimizlə məşğuluq, duyğularımızı işə qarışdırmırıq.

Onda, buyursunlar, həqiqəti yazsınlar. Amma onların fəaliyyətində həqiqət də yoxdur. Biz işğala məruz qalmışıq, BMT-nin 4 qətnaməsinin icrası üçün mübarizə aparırıq, ən azı bu reallıqları söyləməlidirlər. Ancaq bu obyektivlik də onların işində yoxdur. Əksinə, bu tip məqalələrlə əhalidə ruh düşkünlüyü yaradırlar”.

Media eksperti “Meydan TV” və xaricdə olan bəzi şəxslərə müraciət etdi: “Onlar adi vaxtda siyasi konyuktura baxımdan nə istəyirlərsə yazsınlar. Onsuz da dünənə qədər istədiklərini yazırdılar.

Amma belə vaxtda, ölkənin taleyi həll olunan zamanda ən azı pozuculuğa gərək yol verilməsin, siyasi ambisiyalar kənara qoyulsun. Bu, nə peşəkarlıq, nə vətənpərvərlik kontekstindən uyğundur”.

M.Ələsgərlinin sözlərinə görə, əslində, “Meydan TV” yaranışından başqa “cəbhə”lərə xidmət edib, indi də ondan nəsə gözləməyə dəyməz.

“Amma bu, sınaq dövrü idi və yeni müstəviyə çıxa bilərdilər. Necə ki, Emin Milli özündə güc tapıb etiraf etdi! İndikilər isə etiraf etmək istəmirlər”.

Müxalifyönlü AĞ Partiyanın başqanının I müavini Əhəd Məmmədlinin sözlərinə görə, bu media quruluşunu həmişə “Şeytan TV” adlandırıb: “Onlar fəaliyyətə başlayan gündən iç üzünü göstərmişdi.

Bu media orqanı oradakı azərbaycanlıların əlində deyil, onun nəzarət səhmləri yerləşdiyi Almaniyadadır.

Bu, Avropanın siyasətidir və Almaniya xüsusi xidmət orqanlarının maraqlarına cavab verən, həmin dəst-xətti aparan mediadır. Onların vətənpərvərlik hissləri olsaydı, oradan uzaqlaşardılar.

Almanlar bu gün Hitler faşizmindən utanırlar, onda niyə bizim ərazi bütövlüyümüzü bərpa etməyi belə qarşılayırlar? Biz Aprel döyüşlərində, Tovuz müharibəsində də onların simasını görmüşük.
Musavat.com
 


Paylaş:


Müəllif : Tarix:
22-10-2020, 09:49
  


loading...
Загрузка...