reklam
» » “Embawood” Silahlı Qüvvələrə 200.000 manat vəsait köçürdü

reklam

“Embawood” Silahlı Qüvvələrə 200.000 manat vəsait köçürdü


Embawood şirkəti Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə Yardım Fonduna 200.000 manat vəsait köçürüb.

Azərbaycanın ərazi bütövlüyü uğrunda mübarizədə hər bir vətəndaşın və qurumun üzərinə böyük məsuliyyət düşür. Cəbhə bölgəsində düşmən tərəfindən zəbt olunan torpaqlarımızın azad olunması uğrunda gedən qızğın döyüşlərdə ordumuza dəstək olmaq naminə “Embawood” şirkəti də öz üzərinə düşən məsuliyyəti yerinə yetirir. Belə ki, Azərbaycan Ordusunun uğurlu əməliyyatına dəstək olmaq üçün Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə Yardım Fonduna 200 000 manat vəsait köçürüb.

Şirkətin PR meneceri Nigar Mehdiyevanın sözlərinə görə xalqımız üçün belə həssas və qürurverici anların yaşanıdığı zamanda Embawood şirkəti də Ali Baş Komandanın və Milli Ordumuzun yanındadır.

Silahlı Qüvvələrə Yardım Fondu Silahlı Qüvvələrinin müasir tələblər səviyyəsində inkişafını təmin etmək, onun maddi-texniki bazasını möhkəmləndirmək və zəruri sosial tədbirləri maliyyələşdirmək məqsədilə Azərbaycan Prezidentinin 2002-ci il 17 avqust tarixli Fərmanı ilə yaradılıb. Fondun əsas vəzifəsi Azərbaycan Respublikasının etibarlı müdafiəsi üçün Silahlı Qüvvələrin inkişafını və onun maddi-texniki bazasının möhkəmləndirilməsini, həmçinin hərbi qulluqçuların sosial müdafiəsinin daha da gücləndirilməsini təmin etməkdir.



Paylaş:


Müəllif : Tarix:
30-09-2020, 16:14
  


loading...
Загрузка...