reklam
» » Ağdamda bu təhsil ocağında nələr baş verir? - İDDİA

reklam

Ağdamda bu təhsil ocağında nələr baş verir? - İDDİA


Ağcabədi Regional Mədəniyyət İdarəsi tez-tez musiqi yarışları təşkil edir.
Həmin yarışlarda Ağdam rayon Xan Şuşinski adına Uşaq Muğam Musiqi Məktəbi də yaxından iştirak edir.
Əlbəttə, qaçqın rayonlarımızdan olan uşaqların müsiqi festivallarında iştirakı təqdirəlayiqdir. Amma…
Amması odur ki, məktəbdə qanunsuzluq, özbaşınalıq baş alıb gedir.
Dərs bölgüsü, saathesabı dərslər və s görə, musiqi məktəbində az qala direktorla müəllimlər arasında saçyoldusu gedir.
Məlumat üçün qeyd edək ki, hazırda məktəb Biləcəridə 284 saylı məktəbin binasında yeləşir.
Və Ağdam Xan Şuşinski adına uşaq muğam musiqi məktəbi 1985-ci ildə fəaliyyətə başlamışdır.
1993-cü ildə Ağdam şəhəri işğal olunduqdan sonra muğam məktəbi Biləcəri qəsəbəsində yerləşən Q.Abbasov adına 284 saylı orta məktəbin nəzdində fəaliyyət göstərir.
Xətayə Zülfüqar qızı Cəfərova məktəbin direktorudur.
Xətayə xanım 02.04.1984-cü il tarixində Ağdam şəhərinin Bağbanlar kəndində anadan olmuşdur. 2002-ci ildə A.Zeynallı adına musiqi texnikumunu, 2006-cı ildə Azərbaycan Milli Konservatoriyasını kamança ixtisası üzrə bitirmişdir. 1999/2006-c illərdə Azərbaycan Dövlət Uşaq Filarmoniyasında konsertmeyster və II dərəcəli dirijor vəzifəsində çalışmış, 2006-cı ildən Xan Şuşinski adına Ağdam uşaq muğam musiqi məktəbində, 2010-cu ildən 2015-ci ilə qədər Ağdam rayon Cabbar Qaryağdı oğlu adına uşaq musiqi məktəbində kamança müəllimi işləmişdir. 13.11.2015-ci ildən Ağdam rayon Xan Şuşinski adına Uşaq muğam musiqi məktəbində direktor vəzifəsində çalışır.
Bəs görəsən Ağcabədi Regional Mədəniyyət İdarəsi bu biabırçılıqları görmür ?
Bəs təzə mədəniyyət nazirimiz necə ?
O da görmür ? //gundelik-baku.com//


Paylaş:


Müəllif : Tarix:
26-09-2020, 11:55
  


loading...
Загрузка...