reklam
» » Şəhid ailəsinin ev problemi – VİDEO

reklam

Şəhid ailəsinin ev problemi – VİDEO


Bərdədə məskunlaşan Ağdamdan məcburi köçkün olan şəhid ailəsi evsiz qalıb.
Zeynalovlar ailəsi dəfələrlə aidiyyəti dövlət orqanlarına müraciət etsə də heç bir nəticə olmayıb.
Şəhid Fazil Zeynalovun anası Raya Zeynalova Ağdam rayonunun Şelli kəndindən məcburi köçkün düşərək ailəsi ilə birlikdə Bərdə rayonunda sanatoriya ərazisində daxmada yaşayıblar.
O vaxtdan da köçkün həyatını burada davam etdiriblər.
Şəhid Fazil Zeynalov da hərbi xidmətə bu köçkün daxmasından yollanıb.
Zeynalovlar ailəsi aldıqları pensiya və müavinətlər hesabına dolanır.
Ailənin maddi imkanı mənzil şəraitlərini yaxşılaşdırmağa tam imkan vermir.
Şəhidin anası Raya Zeynalova Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənovdan da mənzil şəraitinin yaxşılaşdırılması ilə bağlı yardım istəyib. Şəhid anasına gözləmək tövsiyə olunub. Şəhid Fazil Zeynalovun ailə üzvləri bildirirlər ki, onların sağlamlıq durumu çoxmərtəbəli binada yaşamağa uyğun gəlmədiyinə görə, elə məskunlaşdıqları yerdə evlə təmin edilsələr, daha məqsədəuyğun olar.
Qaçqın və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsindən məsələni araşdıraraq bildirdilər ki, şəhid ailəsi olan Raya Zeynalovaya Ağdam rayonunda məcburi köçkünlər üçün inşa edilən qəsəbədə yeni mənzil təklif edilib, amma o, bundan imtina edib. Raya Zeynalova müvəqqəti məskunlaşdığı mənzilin yerləşdiyi torpaq sahəsində Dövlət Komitəsi tərəfindən ona yeni mənzilin tikilməsini tələb edir.
Bununla əlaqədar olaraq bildirilib ki, məcburi köçkünün müraciət etdiyi torpaq sahəsi bələdiyyəyə məxsusdur. Bundan başqa, məcburi köçkünlərin fərdi müraciətləri əsasında onlara mənzil inşa edilmir. Dövlət Komitəsi tərəfindən məcburi köçkünlərə mənzillər Dövlət Mənzil Fonduna aid Komitənin balansında olan yaşayış komplekslərində verilir.
Bərdə rayonunda yeni qəsəbə istifadəyə verilən zaman Raya Zeynalovanın müraciətinə qanunauyğun formada yenidən baxılacaq./baku tv/



Paylaş:


Müəllif : Tarix:
25-09-2020, 14:06
  


loading...
Загрузка...