reklam
» » “Onları “91-lər”in ahı tutdu!” - Şahlar Əsgərovdan SƏRT MÖVQE

reklam

“Onları “91-lər”in ahı tutdu!” - Şahlar Əsgərovdan SƏRT MÖVQE

Hakim Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, sabiq deputat, məşhur “91-lər”dən olan professor Şahlar Əsgərov vəzifə hərisləri olan məmurları qınayıb.

Modern.az-ın məlumatına görə, Ş.Əsgərov bununla bağlı açıqlamasında deyib:

“Bu sadə həqqiqəti səhv başa düşənlər də var. Onlar elə bilirlər ki, "millət ədəbiyyatı yaradır". Millət yaradıcı deyil, inkişaf üçün mühitdir. Heydər Əliyevi “91-lər” çağırdı. Vəzifə hərisləri isə dedi: “Heydər Əliyevi xalq çağırdı”.
Xalqın nümayəndələri kimi bacarmadıqları vəzifələrə soxuldular. “91-lər”in ahı onları elə yandırdı ki, axırda hamısı dərbədər oldu. Mən Allahın varlığına qəlbən inanıram. Allah sizi qorusun”.

Xatırladaq ki, 1992-ci ilin 16 oktyabrında 91 nəfər tanınmış ziyalı (“91-lər”) mərhum o zaman Naxçıvan Ali Məclisinin sədri olan Heydər Əliyevə müraciət edərək, onu Azərbaycanda hakimiyyət uğrunda açıq və fəal mübarizəyə səsləyib.

Sonralar “91-lər” Yeni Azərbaycan Partiyasının “qızıl fondu” elan olunmuşdular.

Mərhum eks-prezident Heydər Əliyev YAP-ın 10 illik yubileyindəki çıxışında “91-lər” barədə belə demişdi:

“Mən “91-lər”in hamısına həmişə böyük hörmət və ehtiram bəsləmişəm”.

Heydər Əliyevin vəfatından sonra YAP-da “91-lər”ə münasibət birmənalı olmadı, dəyişdi. Onların bəziləri vəzifədən, tutduqları postdan uzaqlaşdırıldı. “91-lər” bir qismi dünyasını dəyişib.



Paylaş:


Müəllif : Tarix:
15-09-2020, 12:21
  


loading...
Загрузка...