reklam
» » "Kapital Bank" Yol Polisi İdarəsindəki şöbəsini niyə açmır? - AÇIQLAMA

reklam

"Kapital Bank" Yol Polisi İdarəsindəki şöbəsini niyə açmır? - AÇIQLAMA


Artıq bir müddətdir ki, "Kapital Bank" ASC pandemiya səbəbindən Baş Dövlət Yol Polisi İdarəsinin Qeydiyyat və İmtahan şöbəsindəki filialını bağlayıb.

Bu barədə “MediaPost”a sürücülər şikayət edib. Vətəndaşlar bildirir ki, filial bir müddətdir fəaliyyət göstərmədiyinə görə lazım olan dövlət rüsumunu ödəmək üçün Xırdalan şəhərinə getmək lazım olur.

Sürücülərin sözlərinə görə, onsuz da kassa kimi fəaliyyət göstərən filiala maksimum iki nəfər daxil ola bilirdi.

“Həm də ortada qoruyucu şüşə olması var ki, bu da virus yayılmasına səbəb ola bilməz. Xırdalanda da yalnız "Kapital Bank"ın şöbəsində bu ödənişlər qəbul olunur. Digər banklar bu rüsumu qəbul etmir. Odur ki, əlavə problemlər yaranır. Bəzən saatlarla bankda növbə gözləmək məcburiyyətində qalırsan. Amma Qeydiyyat və İmtahan şöbəsindəki filialda yalnız kassa sistemi olduğu üçün həm proses rahat olurdu, həm də növbə yaranmırdı”, - sürücülər “MediaPost”a söyləyib.

“Kapital Bank” ASC-nin İctimaiyyətlə Əlaqələr şöbəsinin rəisi Pərviz Sədrəddinov “MediaPost”a bildirib ki, bankın filial şəbəkəsinin optimallaşdırılması layihəsi çərçivəsində 2017-ci ildə Baş Dövlət Yol Polisi İdarəsinin Qeydiyyat və İmtahan şöbəsində yerləşən şöbəsini bağlayıb. Növbəti illər ərzində orada başqa banklar müştərilərə xidmət göstərib.


Paylaş:


Müəllif : Tarix:
12-08-2020, 17:51
  


loading...
Загрузка...