reklam
» » "Ssenari elə qurulub ki, zərərçəkmiş tərəf bu gün təqsirləndirilən tərəf olub..." - GİLEY

reklam

"Ssenari elə qurulub ki, zərərçəkmiş tərəf bu gün təqsirləndirilən tərəf olub..." - GİLEY

Məhkəmə-Hüquq Şurasının sədri, Azərbaycan Respublikasının Ədliyyə naziri cənab Fikrət Məmmədova

Surəti Azərbaycan Respublikasının baş prokuroru cənab Kamran Əliyevə

Surəti Bakı Ağır Cinayətlər Məhkəməsinin sədri cənab Mahmud Nəbiyevə

Suraxanı rayonu A. Rzayev küçəsi 670 nömrəli evdə qeydiyyatda olmaqla yaşayan Bayramova Lyudmila Məcid qızı tərəfindən

MÜRACİƏT

Hörmətli səlahiyyət sahibləri,

Sizi müraciət edən ailəyə çörək gətirən yeganə övladı Mirzəyev Maarif Arif oğlu qanunsuz, şərlənərək həbs olunan gözü yaşlı anadır. Qısaca olaraq bildirim ki, oğlum dostu Kərimli Pərvin Yusif oğlu ilə birlikdə xeyli müddətdir Pərvinə borclu olan 13 min manat pulu verməkdən müxtəlif bəhanələrlə boyun qaçıran Qasımov Aqil Mustafa oğlundan halalca pulunu istədiyinə görə 1 ildən artıqdır ki, həbsdədir. Borclu olan şəxs pulu qaytarmaqdan boyun qaçırmaq üçün müxtəlif bəhanələr uyduraraq borc sahibinə qarşı hörmətsizlik nümayiş etdirməklə bərabər həm də etibardan sui-istifadə edib. Gəlin razılaşaq ki, indi elə zəmanədir ki, kimsə hətta ən yaxın dostuna belə 100 manat borc vermir. Amma oğlumun dostu olan Pərvin Kərimli özünə yaxın dost bildiyi adama o boyda pul verib və bu gün o da oğlumla ona görə həbsdədir ki, halalca pulunu istəyib. Amma borclu elə ssenari quraşdırıb ki, gerçək zərərçəkmiş olan tərəf bu gün təqsirləndirilən tərəf kimi təcridxanada ədalətin təntənəsini gözləyir.




Paylaş:


Müəllif : Tarix:
12-08-2020, 16:56
  


loading...
Загрузка...