reklam
» » Ziya Məmmədovla Əli Həsənovun fərqi... - Allah hamınıza rəhmət eləsin...

reklam

Ziya Məmmədovla Əli Həsənovun fərqi... - Allah hamınıza rəhmət eləsin...


Az əvvəl bir xəbər oxuduq. Xəbərdə deyilirdi ki, sabiq Nəqliyyat naziri Ziya Məmmədov Prezident Administrasiyasının keçmiş rəhbəri, AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyevin müdafiəsinə qalxıb.

Yerli KİV-ə açıqlama verən Ziya Məmmədov bildirib ki, akademik R.Mehdiyev haqqında yazılanlar sifarişlidir:

"Bəzi şəxslər Ramiz müəllim haqqında etikadan kənar yazılar yazdırırlar. Ölkə başçısı Ramiz Mehdiyevi uzun müddət dövlətçiliyin fəaliyyətinə göstərdiyi xidmətə görə, onu "Heydər Əliyev "ordeni ilə təltif etdi. Bu, məncə artıq bütün sualların cavabıdır. İşlədiyim bütün dövrlərdə demişəm, indi də deyirəm ki, mən heç bir cəfəngiyyata inanan adam deyiləm. Onu yazdıranların və yazanların da hamısı qaraniyyətli adamlardır".

Bəli, Ziya Məmmədov - bir keçmiş nazir olaraq Ramiz Mehdiyevi - bir keçmiş PA rəhbəri olaraq müdafiə edir... Və bildirir ki, Ramiz Mehidyev əzilən tərəfdir, ona qarşı ədalətsiz, haqsız hücumlar var. Qara niyyətli adamlar Ramiz Mehdiyevin üzərinə gedirlər. Və bu anda ağ niyyətli Ziya Məmmədov darda olan Ramiz Mehdiyevin harayına yetişir, onu müdafiə edir. Şər qüvvələrdən...

Əvvəllər belə bir ssenarini xəyalımızda canlandırmağa çalışsaydıq, bizi ən böyük fantazyor adlandırardılar və hətta Jül Verni də kölgədə qoyduğumuzu iddia edərdilər. Doğrudur, Jül Vernin yazdıqları, xəyal etdikləri sonradan gerçəyə çevrildi. Elə bunu xəyal edənlərdə olduğu kimi...

Məsələ bunda deyil. Yəni burada diqqətimizi çəkən bu məsələ deyil. Diqqətimizi çəkən odur ki, Ziya Məmmədov Ramiz Mehidyvei müdafiə edir. Bu vaxta qədər susdu və indi danışdı. Çünki Ramiz Mehdiyev barədə ilk dəfə deyil ki, yazılır, amma Ziya Məmmədov bu mövzuda ilk dəfədir ki, danışır. Və danışaraq da öz aləmində cəsarət nümayiş etdirir. Yəqin ki, vəfa borcunu yerinə yetirir. Ramiz Mehidyevə olan vəfa borcunu.

Amma ondan fərqli olaraq Ramiz Mehdiyevin ən böyük borclusu olan Əli Həsənov susur. O adam ki, bütün siyasi və maddi anlamını Ramiz Mehdiyevə borcludur. Hətta Ramiz Mehdiyev görəvdən alınandan sonra da bu barədə danışmadı. İndi də danışmır.

Ziya Məmmədov qəhrəman deyil. Bəlli bir xəttədir, ona uyğun davranır. Əli Həsənov isə həmişə olduğu kimi ağıllı görünməyə çalışır. Və bu zaman həmişə olduğu kimi minnətdar olmalı olduqlarının qətlini gülümsəyərək seyr etməkdədir...

 


Paylaş:


Müəllif : Tarix:
11-08-2020, 16:14
  


loading...
Загрузка...