reklam
» » Deputat araşdırmaçı jurnalisti hansı məmura bağlayır? - İLGİNC

reklam

Deputat araşdırmaçı jurnalisti hansı məmura bağlayır? - İLGİNC


Sosial şəbəkələrdə Milli Məclisin deputatı Rüfət Quliyevin övladlarının təhsili üçün ildə 300 min dollar pul xərclədiyi ilə bağlı məlumat yayılıb.

Məsələ ilə bağlı Millət vəkili Unikal.org-a açıqlamasında bildirib ki, yazılan məlumatlar yalan və tənqid etdiyi dövlət qurumlarının rəhbərlərinin sifarişidir:

"Yazılanları oxuyub gülürəm. "O olmasın, bu olsun" filmində deyildiyi kimi "Gəlini gətirəndə baxmazlar ki, oğlandı, ya qız?". Mənim övladlarım 15 il bundan öncə universiteti bitiriblər. Bu məlumatıların haradan qaynaqlandığını yaxşı bilirəm. Birincisi demokratiyadır, kimin imkanı çatırsa, övladları da ona uyğun təhsil alır. Xaricdə təhsil alan gənclərin 95 faizi savadlıdır. Onların orada savadlarını artırması ölkəmiz üçün lazımlıdır. İkincisi də mən hansısa qurumu tənqid edəndə, orada olan çatışmazlığı və həqiqəti səsləndirəndə, mənə xəbər göndərirlər ki, sən bizim səhvlərimizi, qəbahətlərimizi dilə gətirəcəksənsə biz də sənin barəndə məlumatlar yayacayıq. Hansısa qurumları tənqid edəndən bir neçə gün sonra mənim barəmdə yalan məlumatlar yazdırırlar. Bu qurumları tənqid etmək bir millət vəkili, alim və vətəndaş kimi mənim borcumdur. Parlamentin açılışında cənab prezident öz çıxışında da bildirdi ki, harada çatışmazlıqlar görsəniz çəkinmədən dilə gətirin. Mən buradan həmin qurumların rəhbərlərinə səslənirəm ki, məni qorxuda bilməyəcəksiniz. Onlar özləri Bakıda oturub, xaricdə mənim barəmdə məlumat yazılması üçün göstəriş verirlər".

DİA.AZ xatırladır ki, sözügedən məlumatı araşdırmaçı-jurnalist Cavanşir Həsənzadə yayıb. Onda belə anlaşılır ki, deputat Rüfət Quliyev Cavanşir Həsənzadənin Bakıdan sifariş aldığını və bu sifarişi verənin də məmur olduğunu iddia edir. Hər halda müzakirə olunası məsələdir...


Paylaş:


Müəllif : Tarix:
11-08-2020, 13:47
  


loading...
Загрузка...