reklam
» » Əlilliyin təyinatı ilə bağlı yeni meyarlar hazırlanır - Nazirlik

reklam

Əlilliyin təyinatı ilə bağlı yeni meyarlar hazırlanır - Nazirlik


Əlilliyin təyinatı ilə bağlı nazirlik tərəfindən yeni meyarlar hazırlanır.

Regionxeberleri.com-un APA-a istinadən məlumatına görə, bunu Əmək və Sosial siyasət komitəsinin bu gün keçirilən iclasında Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Anar Kərimov deyib.

O bildirib ki, Nazirliyə müvafiq tapşırıq verilib ki, əsassız əlillik təyinatlarına ciddi nəzarət etsin: “Əlilliyin təyinatı ilə bağlı yeni qanun qəbul edilib. Bu sahədə qanunvericilik təkmilləşdirilir. Tibbi sahədə də TƏBİB-lə sıx işləyirik. Əlilliyin təyinatı ilə bağlı xüsusi meyarlar var. Hər qüsuru olan insana əlil demək doğru deyil. Bu dəyişikliklərin məqsədi keyfiyyətin yüksəldilməsi və haqqı olan vətəndaşların bu sistemə gətirilməsidir”.


Paylaş:


Müəllif : Tarix:
4-08-2020, 11:35
  


loading...
Загрузка...