reklam
» » ASAN xidmətdə onlayn növbədə yaşanan çətinliklə bağlı RƏSMİ AÇIQLAMA – “Bəzi xidmətlər bəlli limitlədir”

reklam

ASAN xidmətdə onlayn növbədə yaşanan çətinliklə bağlı RƏSMİ AÇIQLAMA – “Bəzi xidmətlər bəlli limitlədir”

Son zamanlar sosial şəbəkələrdə insanlar ASAN xidmətdə onlayn növbə götürməklə bağlı çətinliklə üzləşdiklərini bildirirlər. Bildirilir ki, bir neçə gün səhər saat 06:00-da növbəyə yazılmaq istəsələr də, günlük növbənin artıq dolduğu qeyd olunur.
Məsələ ilə bağlı ASAN xidmət mərkəzinin mətbuat katibi Elnur Niftəliyevlə əlaqə saxladıq. O, Yeniavaz.com-a açıqlamasında bildirdi ki, bəzi xidmətlər bəlli limitlə olduğu üçün vətəndaşlar həmin xidmətlərdə çətinlik çəkir:
“Hal-hazırda pandemiya dövrüdür və vətəndaş qəbulu əvvəlki kimi kütləvi şəkildə həyata keçirilmir. ASAN xidmət mərkəzlərinin daxilində sosial məsafəyə, izolyasiya qaydalarına əməl etmək çox vacibdir, bu vətəndaşların sağlamlığı üçün əsas şərtdir. Buna görə də bəzi xitmətlər bəlli limitlədir. Ola bilər ki, vətəndaşlar həmin xidmətlərdə çətinlik çəkirlər. 108 çağrı mərkəzimiz, asan.gov.az saytımız, ASAN xidmət mobil tətbiqimiz insanların xidmətindədir.
ASAN imza Vergilər Nazirliyinin bir xidmətidir və həm də ASAN xidmət mərkəzində təqdim olunur. Vergilər Nazirliyini müvafiq xidmət mərkəzlərində də təqdim olunur. Yəni, ASAN xidmətin sistemi ilə bağlı heç bir problem yoxdur və tam fəaliyyət göstərir”.


Paylaş:


Müəllif : Tarix:
10-07-2020, 15:07
  


loading...
Загрузка...