reklam
» » Sabiq deputatlar niyə maddi sıxıntıdan ŞİKAYƏTLƏNİRLƏR?..

reklam

Sabiq deputatlar niyə maddi sıxıntıdan ŞİKAYƏTLƏNİRLƏR?..


Bu il fevralın 9-da keçirilmiş növbədənkənar parlament seçkilərinə kimi beşinci çağırış Milli Məclisdə təmsil olunmuş bəzi deputatlar altıncı çağırışdan kənarda qaldılar.

Parlamentun yeni tərkibində yer almayan eks-deptatlar arasında həm Yeni Azərbaycan Partiyasının üzvləri, həm də müstəqil fəaliyyət göstərənlər və müxalifyönlü partiya sədri olanlar var.

Altıncı çağırış Milli Məclisdə yer almayan eks-deputatları bir daha xatırladırıq. Onlar təkcə təqaüd yaşında olanlar deyil. Bəziləri deputat mandatını dövlət qulluğuna dəyişə billiblər:

Ağacan Abıyev
Hacı Salayev
Mirzəcan Xəlilov
Mirkazım Kazımov
Dilarə Cəbrayılova
Sona Əliyeva
Rövnəq Abdullayev
Cavid Qurbanov
Xanlar Fətiyev
Tahir Süleymanov
İlham Əliyev
Əliağa Hüseynov
Arif Rəhimzadə
Elçin Quliyev
Nəriman Əliyev
Bahar Muradova
Rafiq Məmmədhəsənov
Yaqub Mahmudov
Zeynəb Xanlarova
Flora Qasımova
Əflatun Amaşov
Kamran Nəbizadə
Elmira Axundova
Valeh Ələsgərov
Elxan Süleymanov
Müslüm Məmmədov
Gövhər Baxşəliyeva
Aytən Mustafazadə
Hüseynbala Mirələmov
Hadi Rəcəbli,
Çingiz Qənizadə.

Modern.az-ın əməkdaşı keçmiş deputatları arayıb-axtararkən onlardan bəziləri işsiz olduqlarını bildiriblər.

Hətta iş tapa bilmədiklərinə görə maddi çətinlik yaşadıqlarını deyənlər, imkansızlıqdan şikayətlənənlər də olub.

Ancaq qanunvericiliyə görə, növbəti dəfə deputat seçilməyən eks-deputat hazırkı deputatların maaşının 80%-i qədər müavinət alır. Bu müavinət ona ən azı 1 il müddətinə veriləcək. Deməli, beşinci çağırış Milli Məclisin üzvü olmuş sabiqlər 2021-ci ilin fevralınadək maddi sıxıntı çəkməyəcəklər.

Təqaüd yaşında olan keçmiş deputatlar isə hazırki deputatların maaşının 80%-ni yalnız bir il ərzində yox, yaşadıqları müddətdə ala biləcəklər.

Qeyd edək ki, hazırda sıravi deputatın aldığı maaş əlavələrlə birlikdə 3400 manat təşkil edir. Əgər bu vəsaitin 80%-ni hesablasaq, onda belə demək olar ki, beşinci çağırış Milli Məclisin üzvü olmuş sabiqlər hazırda 2720 manat müavinət alırlar ki, indiki Azərbaycan reallığında böyük məbləğdir...
Belədə şikayətlənməyin əsassız olduğunu söyləmək olar...


Paylaş:


Müəllif : Tarix:
10-07-2020, 12:38
  


loading...
Загрузка...