reklam
» » COVID-19 səbəbilə Çin və Kubadan ekspertlər gələcək - Prezidentin köməkçisi AÇIQLADI

reklam

COVID-19 səbəbilə Çin və Kubadan ekspertlər gələcək - Prezidentin köməkçisi AÇIQLADI


“Çin Xalq Respublikasının ekspert qrupunun yaxın həftələr ərzində Azərbaycana gəlməsi gözlənilir”.
Bu sözləri Prezidentin köməkçisi-Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev AzTV-yə müsahibəsində deyib.
O, bildirib ki, koronavirusun ilk başlanğıc nöqtələrindən biri Çindir və bu sahədə maraqlı təcrübəsi var: “Bugünə qədər çinli mütəxəssislərlə Azərbaycan tibbi heyəti arasında videokonfrans baş tutub. Düşünürük ki, çinli heyətin ölkəmizə gəlməsi və öz qabaqcıl təcrübələrini bizimlə bölüşməsi çox faydalı olacaq. Həmçinin, ölkəmizə Kubadan da mütəxəssislərin gəlməsi gözlənilir. Sual yarana bilər - niyə Kuba? Çünki bu ölkənin dünyada bilinən mükəmməl səhiyyə sistemi var və ebola pandemiyası yaranan zaman mütəxəsisləri öz bacarıqlarını ortaya qoyublar. İş prinsipi o formada qurulacaq ki, ayrıca səhiyyə ocaqları ayrılacaq və orada xaricdən gələn heyət, azərbaycanlı heyətlə birlikdə çalışacaq”.


Paylaş:


Müəllif : Tarix:
10-07-2020, 11:46
  


loading...
Загрузка...