reklam
» » Prokurorluq Şirvandakı insidentlə bağlı məlumat yaydı - "Şamil Əliyev cinayətin aləti olan bıçağı..."

reklam

Prokurorluq Şirvandakı insidentlə bağlı məlumat yaydı - "Şamil Əliyev cinayətin aləti olan bıçağı..."


İyulun 09-da saat 23 radələrində 1969-cu il təvəllüdlü İlqar Rzayevin Şirvan şəhəri ərazisində yaşadığı yataqxananın qarşısında bıçaqlanaraq öldürülməsi barədə daxil olan məlumat əsasında dərhal prokurorluq və polis əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilmişdir.

Şirvan şəhər prokurorluğundan verilən məlumata görə, faktla bağlı Şirvan şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanmış, müvafiq ekspertizalar təyin edilmişdir.

İş üzrə hadisənin şahidləri müəyyənləşdirilərək dindirilmiş, müvafiq ekspertizalar təyin edilmişdir.

Şirvan şəhər prokurorluğunun dia.az-a verdiyi xəbərdə qeyd olunur ki, istintaqla hadisənin mərhumun qonşusu 1979-cu il təvəllüdlü Şamil Əliyev tərəfindən şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı törədilməsinə əsaslı şübhələr müəyyən edilmişdir.

Prokurorluq və polis əməkdaşları tərəfindən peşəkarlıqla həyata keçirilmiş istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində Şamil Əliyev qeyd olunan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilmişdir.

Şamil Əliyev cinayətin aləti olan bıçağı istintaqa təqdim etmiş, müdafiəçinin iştirakı ilə dindirilərkən törətdiyi cinayəti etiraf etmişdir.


Paylaş:


Müəllif : Tarix:
10-07-2020, 10:48
  


loading...
Загрузка...