reklam
» » Energetika Nazirliyi ilə “McKinsey & Company” arasındakı müqavilənin sirləri - İLGİNC

reklam

Energetika Nazirliyi ilə “McKinsey & Company” arasındakı müqavilənin sirləri - İLGİNC


Ötən ay Energetika Nazirliyi ilə dünyanın aparıcı konsaltinq şirkətlərindən biri olan “McKinsey & Company” arasında Azərbaycanda qaz təchizatı sisteminin ətraflı diaqnostikasını aparmaq üçün müqavilə imzalanıb. İlk baxışdan burada təəccüblü heç nə yoxdur. Azərbaycanın dövlət qurumları xarici şirkətlərlə müqavilələr bağlayırlar. Amma nazirliyin rəsmi məlumatında dərc edilmiş bu müqavilənin kiçik mətni özündə, deyəsən, çox sirləri gizlədir.

Gəlin müqavilənin mətninə birlikdə diqqət yetirək. Müqavilədə deyilir ki, “McKinsey & Company” Energetika Nazirliyinə qabaqcıl beynəlxalq təcrübəni nəzərə almaqla ölkədə qaz təchizatı sisteminin səmərəliliyini artırmaq, istehlakçıların tələbatının etibarlı şəkildə ödənilməsini təmin etmək üçün bu sahədə islahatların aparılması ilə bağlı təkliflərin hazırlanmasında məsləhətçi xidmətləri göstərəcək.

Energetika Nazirliyi isə diaqnostikanın nəticələrindən qaz təchizatı sistemində itkilərin qarşısının alınması, ölkədə istehlak olunan təbii qazın sərfiyyatının ölçülməsinin dəqiqliyinin yüksəldilməsi və idarəetmənin təkmilləşdirilməsi, müasirləşdirilməsi ilə bağlı müfəssəl təkliflərin formalaşdırılması üçün istifadə edəcək.

İndiyədək qaz təchizatı sisteminin ölkənin bütün bölgələrini-ən əlçatmaz dağ kəndlərinə qədər,-əhatə edən diaqnostikası bir neçə dəfə aparılıb. "Azəriqaz"ın işçilərini sərıştəsizlikdə günahlandırmaq çətindir, onlar hər borunu, hər bir stansiyanı və paylayıcı bölməni hərtərəfli və ətraflı şəkildə araşdırıblar və öz sistemlərinin bütün müsbət və mənfi cəhətlərini yaxşı bilirlər. Məgər ölkə hökumətini təmsil edən Energetika Nazirliyi artıq öz mütəxəssislərinə etibar etmir?

Bu sualın cavabını müqavilənin həmin mətnindən almaq olar. Demə, həmin bu nəticələr əsasında qaz təchizatı sahəsində bazar münasibətlərinə mərhələli keçid, investisiyaların effektivliyinin artırılması və normativ-hüquqi bazanın müasirləşdirilməsi ilə bağlı təkliflər hazırlanacaq.

İslahatların aparılması üçün zəruri hesab edilən qanunvericilik təşəbbüslərinin isə “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun yeni layihəsinə daxil edilməsi nəzərdə tutulur.

Çox güman ki, “McKinsey&Company” ilə müqavilənin mahiyyətinin sirri elə buradadır. Ətraflı monitorinq isə şirkətə öz təkliflərini daha dəqiq şəkildə təqdim etmək üçün lazımdır. Axı, hər gün yeni qanunlar hazırlamırlar. İnhisarçının isə-hansı ki, indiki halda bu rolda "Azəriqaz" çıxış edir, tam obyektivliyinə, hətta onun bütün istəklərinə rəğmən, bel bağlamaq mümkün deyil. Bazar münasibətlərinə isə keçmək lazımdır, biz bu məsələdə onsuz da müəyyən qədər gecikmişik.

Prezident İlham Əliyevin 29 may 2019-cu il tarixli "Azərbaycan Respublikasının enerji sektorunda islahatların sürətləndirilməsi haqqında" sərəncamı ilə ölkənin qaz təchizatı sisteminin səmərəliliyini artırmaq və istehlakçı tələbatını etibarlı şəkildə təmin etmək üçün islahatlarla bağlı təkliflərin hazırlanması tapşırılan Energetika Nazirliyi isə bu kimi məsələlərdə çox diqqətli və ehtiyatlıdır. Yeri gəlmişkən, sərəncama əsasən "Qaz təchizatı haqqında" qanun layihəsinin hazırlanması məhz elə Energetika Nazirliyinə tapşırılıb.

Deyəsən, müqavilənin mətnindən, necə deyərlər, daha heç nə sıxmaq bilməz. Bəli, yeni bazar şərtlərini əhatə edən yeni "Qaz təchizatı haqqında" qanun təsdiq olunmağa layiqdir. O, sözsüz, lazımdır. Amma deyəsən, bu yalnız ilk qaranquşdur - bütovlükdə ölkənin energetika sektorunda qarşıdakı genişmiqyaslı islahatların müjdəçisidir. Ölkədə, bəlkə də ən çox inhisara alınmış, onun inkişafına mane olan, xarici investorları qorxudan- bu, bərpa olunan enerji mənbələrinin inkişafı sahəsində xüsusilə nəzərə çarpır,- sektor budur.

Bunlardan ötrü, bütün bazar münasibətlərini, o cümlədən dövlət qurumları və özəl şirkətlər, xüsusən xarici investorlar arasındakı münasibətləri tənzimləyən yeni qanunlar və onlardan doğan yeni normativ aktlar lazımdır. Ancaq bu, ayrıca müzakirə tələb edir. //virtualaz.org//


Paylaş:


Müəllif : Tarix:
7-07-2020, 11:50
  


loading...
Загрузка...