reklam
» » Sabiq deputatdan hədələyici AÇIQLAMA - “Oğlanlarım başınıza daş salıb?”

reklam

Sabiq deputatdan hədələyici AÇIQLAMA - “Oğlanlarım başınıza daş salıb?”


"Oğlanlarım ömrü boyu içki içməyib".

Bunu Qaynarinfo-ya açıqlamasında sabiq millət vəkili Elton Məmmədov oğlu Aynar Məmmədovun sərxoş vəziyyətdə avtomobil idarə etdiyinə görə inzibati məsuliyyətə cəlb edilməsi ilə bağlı xəbərdən danışarkən deyib.

Onun sözlərinə görə, yayılan məlumat həqiqəti əks etdirmir:

"Mənim oğlanlarım həyatı boyu içki içməyib, siqaret çəkməyib, idman sahəsində böyük nüfuz sahibidirlər. Karantin dövründə evdən çölə də çıxmayıblar. Başlarına daş salıb mənim oğlanlarım? İşləri ilə məşğul olsunlar. Belələrini verəsən məhkəməyə. Görsünlər ki, məhkəməyə cəlb olunan kimdir? İctimaiyyətə niyə yalnış məlumat verirlər?".

Qeyd edək ki, mətbuatda yayılan məlumata görə, sabiq deputat Elton Məmmədovun oğlu Aynar Məmmədov sərxoş vəziyyətdə avtomobil idarə etdiyinə görə inzibati məsuliyyətə cəlb edilib. Dövlət Yol Polisininin protokoluna əsasən, onun sürücülük hüququndan məhrum edilməsi ilə bağlı işə Səbail Rayon Məhkəməsində baxılır.


Paylaş:


Müəllif : Tarix:
2-07-2020, 12:01
  


loading...
Загрузка...