reklam
» » "İdarəyə aylarla ayaq döyməkdən yoruldum..." - GİLEY

reklam

"İdarəyə aylarla ayaq döyməkdən yoruldum..." - GİLEY

Şəki rayonun Baş Göynük kənd sakini, 3-cü qrup əlil Vəliyev Fazil Hüseynbala oğlu tərəfindən bir sıra dövlət qurumlarının rəhbərlərinə müraciət ünvanlanıb. Regionxeberleri.com bildirir ki, bir nüsxəsi də DİA.AZ-a daxil olan müraciətdə deyilir:

"Yazıb bildirmək istəyirəm ki, mən 5 nəfərlik ailəmə görə ünvanlı sosial yardım üçün 2016-cı ildən müraciət etmişdim Və uyğun olaraq 3 ay 198 manat yardım almışdım. 2017-ci ildən bu yardım formal səbəb ucbatından kəsilmişdir. Adını da qoymuşdular ki, guya elektrikə görə abonent kodunda problem varmış. Ona görə də bu saxtakarlığı nazirliyin Şəki rayon Şöbəsinə sübut etmək və yenidən yardımın verilməsini bərpa etmək üçün idarəyə aylarla ayaq döyməkdən yoruldum.Və evimdə oturdum.

Budur aradn 2 ilə yaxın vaxt keçib. Ailədə vəziyyətim ağırdır. 5 nəfərlik ailəm 130 manat əlillik pensiyamın umuduna qalmışdır.

Düzdür bu gün əlil olsam da dolanmaq üçün qəbir də qazıram, nökərçilik də edirəm. Amma kimsənin qabağında gözükölgəli işim yoxdur. Amma koonavirus dövründə heç bir iş yoxdur ki, günəmuzd çörək qazana bilim.Eşitdim ki, belə ağır günlərdə deputat Cavanşir müəllim də Heydər Əliyev Fondu da kəndimizdəki mənim kimi imkansız ailələrə yardım göndərib.Sevindim 20 gündür ki, kəndimizin rəhbərlərinin qapısına ayaq döyürəm. Biri deyir sənə düşmür, o biri deyir sənin adın siyahıda yoxdur. Və s.

Bildirim ki, 5 nəfərlik ailəmdə təkcə mənim adıma 37 sot pay torpağı vardır. Qalan 4 nəfər ailə üzvlərimin isə yoxdur. İki qızım yetkinlik yaşındadır və eləcə də yoldaşım Səxavət heç yerdə işləmir.

Ona görə də rayonun rəhbərinə etdiyim 13 may müraciətim cavabsız qaldığı üçün Sizlərə müraciət edirəm. Sizlərdən xahiş edirəm ki, bir nümayəndə göndərin qoy gəlib daxmamı , ağır vəziyyətimi görsünlər sonra mənə də adi çörək almaq üçün un və ya başqa ərzaq yardımı versinlər".


Paylaş:


Müəllif : Tarix:
3-06-2020, 09:13
  


loading...
Загрузка...